Vilayət Eyvazov Ukraynada baltalanan tələbənin işini nəzarətə götürdü

894

Vilayət Eyvazov

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, Daxili İşlər Nazirliyinin Azərbaycanın Ukraynadakı səfirliyinin nəzdindəki nümayəndəsi, polis polkovniki Şahin Qocayev Ukrayna Milli Polisinin birinci müavini, polis generalı Yevqen Koval ilə görüşərək, Kiyevdə Azərbaycan vətəndaşı Cavid Hacıyevi qətlə yetirən cinayətkarların tezliklə tutulmasının vacibliyini vurğulayıb:

“Yevqen Koval azərbaycanlılara qarşı törədilən cinayətlərin açılmasının, axtarışda olanların tutulmasının nəzarətdə saxlanıldığını, problemlərin tezliklə həll olunacağını qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı səfərlərin təşkili, ikitərəfli münasibətlər, səmərəli əməkdaşlığın qurulması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Müzakirələrdə Ukrayna Milli Polisinin Cinayət-Axtarış Departamentinin rəisi, polis polkovniki Vadim Dzyubımski və kollegiyanın üzvləri də iştirak ediblər”.

Qeyd edək ki, oktyabrın əvvəlində 23 yaşlı azərbaycanlı tələbə Cavid Hacıyev Kiyevdə öz həmyerlimiz – keçmiş tələbə yoldaşı Əli Abdullayev tərəfindən qətlə yetirilib.

Cavid Hacıyev Bakıdakı İqtisad Universitetində magistr təhsili alırdı. O, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi və professor Telman Hacıyevin nəvəsidir.