Respublika Klinik Xəstəxanasında BİABIRÇILIQ. – FAKT/FOTO

189

Respublika Klinik Xəstəxanasında BİABIRÇILIQ. – FAKT/FOTO

Redaksiyamıza daxil olan məlumata əsasən Respublika Klinik Xəstəxanasında tualetdə olan mənzərə xəstələri şoka salıb. Xəstələr sanitar qovşağından istifadə etmək üçün özü ilə iki nəfər “gözətçi” aparmalıdır ki, əks cinsin nümayəndəsi daxil ola bilməsin. Çünki, xəstəxananın I korpus 3-cü mərtəbəsində sanitar qovşağı (tualet) qadın-kişi ümumidir.

Ölkə Prezidenti İlham Əliyev cənabları və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva daima Azərbaycanın səhiyyəsinin inkişafının və vətəndaşların daha da səmərəli müayinə-müalicə olunmasını və sağlam olması, səhiyyə ocaqlarının dünya standratlarına uyğun avadanlıqların təmin olunması üçün çox böyük işlər görmüşlər. Xəstənaların əsaslı təmirinə xüsusi diqqət yetirirlər.

Vəzifəsindən sui-istifadə edən bəzi xəstəxana rəhbərlərinin xəstələrə laqeyd yanaşması vətəndaşları çaşbaş salır.

İnanırıq ki, Səhiyyə Nazirliyi və TƏBİB ciddi ölçü götürüb məsələni həll edəcəkdir.

Qarşı tərəfin mövqeyini tanıyırıq.