Təhsilimizin Qədiri-“Burda mənəm, Bağdadda kor xəlifə” – Vladim sələfinə təlimatlandırıb öz yerinə yerləşdirdi: İDDİA…

1203

Təhsilimizin Qədiri “Burda mənəm, Bağdadda kor xəlifə” – Vladim sələfinə təlimatlandırıb öz yerinə yerləşdirdi: İDDİA…

Regional Təhsil İdarəsinin yarıtmas idarəçiliyində yeni qalmaqal. Barələrində çox saylı şikayətlər olan direktorları İlhamə Abdullayeva niyə hansı səbəbdən Qədir Mikayılovu vəzifədə saxlayır. Adı çəkilən Sumqayıt şəhər 21 saylı orta məktəbin direktoru yeni təyin olunmasına baxmayaraq təhsil müəssisəsinin bütün müəllim və işçi heyətinə qan uddurur, onları haqsız yerə cəzalandırır. Redaksiyamıza daxil olan şikayətə əsasən adıçəkilən təhsil müəssisəsinin əvvəlki rəhbəri Vladim İbrahimov haqqında da dövrü mətbuatda çoxsaylı şikayətlər dərc olunmuşdu.  Vladim postu yaxın dostu Qədir Mikayılova təhvil verib və onu yaxşı-yaxşı təlimatlandırır. Hansı müəllimdən və işçidən narazı qalıbsa onu öz sələfinə möhkəm tapşırır.  Bu qədər verilən orqanlara şikayətlər orqanlarda yekunlaşmamış saxlanılıb. İlhamə Abdullayevanın apardığı idarəçilik siyasəti 21 saylı məktəbə transfer etdiyi direktorun qadın müəllimlərə qarşı və müəllimlik adına yaraşmayan danışıq etiq qaydalardan kənara çıxmasının saysız şikayəti var. Lakin nə kəramətdirsə şikayət edilən Direktorlar İlhamə xanım anidən qızıldan dəyərli varlığa çevrilir. Və heç biri günahkar çıxarılmadığı kimidə hələ onlara tutarlı bərait verici çıxışlarda barələrində edilir. Bu gün media gündəmindən düşməyən sumqayıt təhsilindən yenədə söz açdıq. Problemlər bənzər olsada rəhbərlər fərqli lakin himayədarı isə eyni şəxsdir. Görəsən Sumqayıt şəhər 21 saylı orta məktəbdə baş verənlərdən cənab təhsil nazirimiz Emin Əmrullayevin xəbəri varmı? Bu çox müəmmalıdı.

13.09.2023-cü il tarixində yeni məktəbə transfer edilən Q.Mikayılov 20 ildən çox pedaqoji təcrübəyə malikdir. O, müxtəlif tədris ocaqlarında müəllim, direktor müavini, eləcə də 12 il Sumqayıt şəhər 13 nömrəli məktəbində direktor işləyib. Çalışdığı 13 nömrəli məktəbdən isə çoxsaylı şikayətlərin olması ilə bağlı işdən azad edilməsi əvəzinə İlhamə xanım tərəfindən himayə edilərək yerdəyişdirmə edilib. Odur ki bu aparılan yer dəyişmələrin nəticəsi olaraq fəaliyyətini davam etdirdiyi 21 nömrəli məktəbdədə qalmaqalsız ötüşmədi.

Sumqayıt Şəhərinin 21 saylı tam orta məktəb direktor Qədir Mikayılov işçisinə qarşı şiddət göstərməsi ilə bağlı ilginc məlumatlar daxil olub. Sevinc adlı müəlliməyə qarşı psixoloji təhsirlərin edildiyi qeyd edilən məsələ ilə bağlı adı çəkilən İbtidai sinif müəlliməsi ilədə əlaqə saxladıq. Məktəbdə baş verənlərələ bağlı əlaqə saxladıq.

Məlumar üçün bildirək ki,  Sevinc Alıyeva bir neçə kitabın müəllifidir. Və Qədir Mikayılov lağ edərək  Sevinc müəllimə  “Elza Seyidcahanı” deyərək iclasların birində ifadə işlətmişdir. Buradan belə çıxır ki, ölkə başçısı Elza Seyidcahana  “Əməkdar” adını verib, lakin Qədir Mikayılov onun adını ironik işlədir.

Məlumata əsasəm Qədir Mikayılov təkcə müəllimlərə deyil məktəbdə işləyən texniki işçiləri hətta belə ələ salır. Texniki heyət kimi çalışan xadimələrin şəraitsiz çalışdıqlarından bixəbərsiz. Məktəbdə çalışan müəllim və işçi personajı Qədir Mikayılovdan təngə gəliblər. Hara şikayət edilərsə, cavabsız qalır. Buaradn belə çıxır ki, Qədir Mikayılovun himəyadarı çox güclüdür. Bəzilərini susdurmaq iqtidarındadır. Məlumunuz edək ki, bəzilərini susdura bilərsiniz, amma hüquq və ədalət gec-tez öz yerini tutacaqdır.

Qədir Mikayılov açıq-aşkar Sevinc Alıyevaya qarşı qərəzli olduğu göstərir. 27 il pedaqoji fəaliyyət göstərən müəllimdən dərs saatlarını azaldır, psixoloji təsir göstərir.

Sevinc Alıyeva redaksiyamız vasitəsi ilə cənab Prezident İlham Əliyev və təhsil naziri Emin Əmrullayevə müraciət edərək bildirir ki, Sumqayıt şəhər 21 saylı tam orta məktəbin direktoru Qədir Mikayılov barəsində tədbir görülsün və təhsil müəssisəsinin müəllim və texniki işçilərinə etdiyi psixoloji təsirindən əl çəksin.

Əziz oxucular Sumqayıt şəhər 21 saylı tam orta məktəbdə baş verən neqativ audio-video və şok faktlarla sizi tanış edəcəyik.

Araşdırmamız davam edir.
Qarşı tərəfin mövqeyini tanıyırıq və dərc etməyə hazırıq.

Şahmar Zərdabi

Beynelxalqinformasiyaagentliyi.az-ın

Təsisçi və Baş redaktoru