KƏRƏM AXUNDO – PEŞƏKAR, QAYĞIKEŞ, NÜMUNƏ

246

KƏRƏM AXUNDO – PEŞƏKAR, QAYĞIKEŞ, NÜMUNƏ

Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə idman sahəsinə, bu sahədə çalışan insanlara, idmançılara göstərdikləri dövlət qayğısı onu söyləməyə əsas verir ki, bu sahə hər zaman prioritet sahələrdən biri olub. Ölkə başçısının və Birinci vitse-prezidentin idman sahəsinə olan qayğısı Qazaxda da hər zaman örnək götürülür.

Heç kəsə sirr deyil ki, Qazax Olimpiya İdman Kompleksinin direktoru Kərəm Axundov fəaliyyətə başladığı ilk gündən idman sahəsinə daim diqqət və qayğı göstərmişdir və Qazax rayonunda gənclər idmana daha da həvəs göstərmişlər. İstər ölkədə, istərsə də ölkə xaricində keçirilən idman yarışlarında Azərbaycan bayrağını yüksəkliklərdə dalğalanmasında Qazax rayon gənclərinin də  öz payı vardır. Əlbəttə ki, gənclərin idmana olan sevgisində Kərəm Axundovun böyük əməyi vardır. Bunu rayon rəhbərinin idmançılarla olan görüşlərindən, rayonda fəaliyyət göstərən idman müssisələrinə baxış keçirməsindən, idmançılar üçün yaradılan şəraitin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən, atdığı addımlardan da aydın şəkildə görmək olar.

Ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə Qazax şəhərində istifadəyə verilən Olimpiya İdman Kompleksi də ölkəmizdə, eləcə də bölgələrimizdə idman sahəsinə, idmançılara göstərilən qayğının göstəricisidir. Bu gün bu kompleks idmançıların, rayon sakinlərinin, idmanla məşğul olan hər kəsin üz tutduğu doğma bir məkana çevrilib.

Vəzifə, iş nüfuzu olan  və səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında hər kəsin dostu, sadə Azərbaycanlı Qazax Olimpiya İdman Kompleksinin direktoru Kərəm Axundov adının olması kimsəyə sirr deyil. Kərəm müəllim əsl saflıq, təmizlik nümunəsidir.

Qazax Olimpiya İdman Kompleksinin direktoru Kərəm Axundov ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətini dəstəkləyir və hər zaman xalq-dövlət, dövlət-xalq birliyini özünə mücəssəmə bilərək öz vətəndaşlıq borcunu xüsusi əhəmiyyətli günlərdə yüksək səviyyədə yerinə yetirir

Kərəm Axundov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Kərəm müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Kərəm Axundov öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir..

… Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIĞI kimidir: Qazaxda kimdən soruşsanız onu belə xarakterizə edəcəklər – yüksək qabiliyyəti ilə seçilən təşkilatçı hüquqşunas, rəhbər işçi, gözəl insan və əsl Vətən daşı!

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna, o cümlədən Qazax Olimpiya İdman Kompleksinin direktoru Kərəm Axundov olmaqla vətənpərvər eloğlularımıza redaksiyamızın kollektivi adından uzun ömür, can sağlığı və işlərində müvəffəqiyyətlər arzulayırıq. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

 

Şahmar Zərdabi

Baş redaktor