İşini vicdanla yerinə yetirən Ağdam rayonu 51 nömrəli tam orta məktəbin direktoru Afaq Mehtiyeva

284

İşini vicdanla yerinə yetirən Ağdam rayonu 51 nömrəli tam orta məktəbin direktoru Afaq Mehtiyeva

Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə, dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Ağdam rayonu 51 nömrəli tam orta məktəbin direktoru Afaq Mehtiyeva ləyaqət nümunəsi təhsil rəhbərlərindən biridir.
Afaq Mehtiyeva vəzifəsini vicdanla yerinə yetirən biridir.
Bəri başdan deyirik ki, Afaq müəllim təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Afaq müəllimin saf, təmiz qəlbi var. Neyləsin ki, xalqına, el-obasına bu qədər bağlıdır. Afaq Mehtiyeva rəhbər olduğu təhsil müəssisəsində bir rəhbər kimi yox, müəllimlərə və şagirdlərə bir bacı, bir ana kimi davranmağını, onların problemləri ilə yaxından tanış olub bir başa həllində öz əlindən gələn köməkliyini edir. O, cümlədən də müəllimlərin dərsə davamiyyətinin yüksək səviyyədə təmin edərək, şagirdlərin elmin, təhsilin verilməsində, gənc nəslin savadlı və vətənpərvər ruhda böyüməsində mühüm rolu vardır.
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən Ağdam rayonu 51 nömrəli tam orta məktəbin direktoru Afaq Mehtiyeva  rəhbər olduğu təhsil ocağına müqəddəs bir məkan bilərək, həmişə yüksək pillələrdə mənafeyini qoruyub saxlayandır. Ağdam rayonu 51 nömrəli tam orta məktəbin direktoru Afaq Mehtiyeva Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Afaq Mehtiyevanın fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.

Onu da xüsusi qeyd etmək istəyirəm ki, Afaq Mehtiyeva şəhid ailələri, vətən müharibəsi əlilləri və kimsəsizlərin problemləri ilə daim maraqlanır, onların həllində birbaşa iştirak edir.

Biz redaksiya olaraq Ağdam rayonu 51 nömrəli tam orta məktəbin direktoru Afaq Mehtiyevaya işində uğurlar arzu edirik. Ömrünü elmə, təhsilə və gələcəyimiz olan gənclərimizi  savadlı böyüməsində həsr etdiyi üçün təşəkkürlərimizi bildiririk.

 

Şahmar Zərdabi

Baş redaktor