Daim xalq arasında

306

Daim xalq arasında

Qax Yol İstismarı İdarəsinin rəisi Əhməd Mirzəbəyov: Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan proqram və layihələr sosial siyasətə böyük töhfələr verir

Respublikamızın iqtisadi tərəqqisi, dünya birliyində öz layiqli yerini tutması, müstəqilliyimizin və dövlətçiliyimizin daha da qüdrətlənməsi üçün ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və müasir dövrdə Prezident İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi siyasi xəttin tam düzgünlüyü bütün sahələrdə real təsdiqini tapıb.

Ona görə belə bir fakt hamı tərəfindən qəbul olunur ki, bu siyasətin davam etdirilməsi Azərbaycanın bugünkü və gələcək inkişafının yeganə etibarlı təminatıdır.

20 il öncə yaranan Heydər Əliyev Fondu da ulu öndərin ideyalarından çıxış edərək fəaliyyəti ilə ölkədə həyata keçirilən siyasi kursun daha böyük uğur qazanmasına layiqli töhfələr verir. İctimai təşkilat olan Heydər Əliyev Fondu qarşıya qoyduğu, reallaşdırdığı məqsəd və vəzifələrin əhəmiyyətinə, miqyasına görə ölkəmizdə analoqu olmayan qurumdur. Bacarıqlı təşkilatçılığı, üzərinə götürdüyü vəzifəyə sadiqliyi, iradəsi, ardıcıl və qətiyyətli fəaliyyəti nəticəsində fond həm respublikamızda, həm də xaricdə, nüfuzlu beynəlxalq qurumlarda böyük hörmət qazanıb. Fondun geniş spektri əhatə edən fəaliyyəti, həyata keçirdiyi çoxşaxəli layihələr hər bir azərbaycanlıya yaxşı məlumdur. Fondun əsas məqsədi Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş layihələrin həyata keçirilməsinə yardımçı olmaq, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqramları gerçəkləşdirmək, milli-mənəvi dəyərlərə sadiq gənclər yetişdirmək və xeyriyyəçilikdir. Hər addımı ilə ölkəmizin inkişafına böyük töhfələr verən Heydər Əliyev Fondunun fəaliyyəti, eyni zamanda, bəşəriyyətin həmrəyliyi üçün sivilizasiyalararası dialoqa yönəlib.

Azərbaycanı dünyaya daha yaxından tanıdan, hər zaman köməyə, yardıma ehtiyacı olanların yanında yer alan Heydər Əliyev Fondunun uğurlarının əsasında dayanan əsas amil ona rəhbərlik edən ölkəmizin birinci xanımı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əzmkarlığı və təşəbbüskarlığıdır. Eyni zamanda, xoşməramlı səfir olan Mehriban Əliyeva sülhə və əmin-amanlığa töhfələr verməyi, insanlara qayğı və təmənnasız xidmət amalını, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını, mədəniyyətimizin, mənəvi dəyərlərimizin təbliğini, milli genefondumuzun qorunmasını və cəmiyyətin diqqətini bu istiqamətlərə cəlb etməyi özünün vətəndaşlıq borcu hesab edir.

Heydər Əliyev Fondunun fəaliyyətində sosial layihələr, əhalinin ən zəif müdafiə olunan təbəqələrinə, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlara, valideyn himayəsindən məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkünlərə kömək göstərilməsi, səhiyyə müəssisələrinin yaradılması, məktəblərin, bağçaların, uşaq evlərinin tikintisi xüsusilə diqqəti çəkir. Heydər Əliyev Fondu Azərbaycanla yanaşı, xaricdə də xeyirxahlıq məbədi kimi tanınır və sevilir.

Təbii ki, icra edilən digər layihələr kimi, bu layihə də uğurlu olacaq, ölkəmizdə sosial problemlərin həllinə öz köməyini göstərəcək. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Pakistanda təbii fəlakət nəticəsində dağılan qızlar məktəbinin yenidən tikilməsi isə iki ölkə arasındakı strateji tərəfdaşlığa, ümumən müsəlman həmrəyliyinə Heydər Əliyev Fondunun böyük töhfəsi idi.

Ölkəmizin hər tərəfində geniş vüsət alan xəstəxana tikintisində, diaqnostika və müalicə mərkəzlərinin, talassemiya və digər müxtəlif xəstəliklərdən müalicə olunan uşaqlar üçün xüsusi tibb müəssisələrinin yaradılmasında, uşaq evlərinin, internat məktəblərinin, uşaq bağçalarının yenidən qurulmasında biz Mehriban xanım Əliyevanın əzmkarlığını, Prezident İlham Əliyevin sosial siyasətinə dəstəyini görürük. Göründüyü kimi, Mehriban xanım Əliyevanın fəaliyyətində sosial məsələlər, həssas vətəndaş qruplarına, sosial qayğıya daha çox ehtiyacı olanlara, uşaqlara kömək göstərilməsi prioritet təşkil edib. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunduğu ilk günlərdən məlum oldu ki, xeyirxahlıq və daha çox sosial qayğıya ehtiyacı olan vətəndaşlara yüksək diqqət onun fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edəcək. Bu mənada Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi öz vəzifəsinin icrasına məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasından, 2016-cı ilin aprel döyüşlərində və 44 günlük haqq savaşında yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsindən başlaması onun əsl vətəndaşlıq mövqeyindən, xüsusən sosial məsələlərə olan həssas münasibətindən xəbər verirdi.

Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı müşavirənin keçirilməsi və qarşıya qoyulan vəzifələr onu göstərdi ki, əhalinin xüsusi qayğıya ehtiyacı olan qruplarının, o cümlədən məcburi köçkünlərin sosial məsələlərinin yoluna qoyulması Birinci vitse-prezidentin xüsusi diqqətində olacaq.

Hər birimizin qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq və Prezident İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq və əlindən gələni əsirgəməmək hər bir azərbaycanlının müqəddəs borcudur. Bu baxımdan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi fəaliyyət əsl nümunədir.

Birinci vitse-prezident Mehriban Əliyevanın Prezident İlham Əliyevin silahdaşı kimi yenə də dövlətimizə və xalqımıza layiqincə xidmət edəcəyi, Azərbaycanın daha da çiçəklənməsinə öz töhfələrini verəcəyi, xüsusən sosial qayğıya ehtiyacı olan insanların yanında olacağı aydın idi. Və elə ilk günlərdən bu qənaət özünü uğurla doğrultmağa başladı. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və qayəsində xeyirxahlıq, xeyriyyəçilik və savab əməllər dayanan proqram və layihələr bütün ölkə ictimaiyyəti tərəfindən dərin rəğbətlə qarşılanır. Bütün bunlar həm də Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin daha böyük uğur qazanmasına mühüm və layiqli töhfələr verir.

Mehriban xanım Əliyevanın hər zaman ifadə etdiyi bir dua var: “Qoy Uca Tanrı Azərbaycan xalqını qorusun!”. Ölkəmizə səfəri zamanı Roma Papasının da “Qoy, Tanrı Azərbaycana harmoniya, sülh və çiçəklənmə nazil etsin”, – deyə bildirməsi heç də təsadüfi deyil. Bu, yuxarıda bəhs olunan məqsədyönlü işlərin fonunda xalqımıza və dövlətimizə olan müsbət münasibətin – real dəstəyin ifadəsidir!