İdmanın Qol Güləşi üzrə uğurlarına görə Cəsarət Əhmədovun zəhməti böyükdür

294

İdmanın Qol Güləşi üzrə uğurlarına görə Cəsarət Əhmədovun zəhməti böyükdür

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyət həyatının bütün sahələrində çoxsaylı uğurlar qazanmaqdadır. Ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artmasını təmin edən həmin uğurların hər biri bizim üçün dəyərlidir. Ancaq elə uğurlar var ki, onlar dünya miqyasında təqdim edilərkən, dövlət himnimiz səsləndirilir və ya bayrağımız qaldırılır. Həmin uğurları bizə idmançılarımız – ölkə əhalisinin böyük sevgi və məhəbbətini qazanmış gənclərimiz qazandırırlar.

Son illər böyük inkişaf yolu keçən Azərbaycan bir çox sahələrdə mühüm uğurlara imza atmışdır. Bu fakt daim dünya ictimaiyyətinin diqqətini cəlb etmişdir. Beynəlxalq təşkilatlar da öz tədbirlərini keçirərkən bu məqamı nəzərə alır. İndiyədək Azərbaycanda beynəlxalq təşkilatların çoxlu sayda siyasi, iqtisadi tədbirləri keçirilmişdir. Bu, dünya miqyaslı idman turnirlərinə də aiddir. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevib idman sahəsinə diqqət və qayğısı danılmazdır.

Fərəh hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub. Bu barədə cənab Prezident İlham Əliyev demişdir: ”Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idman sahəsində nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbətdə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər”.

Hər kəsə məlumdur ki, Azərbaycan idman dövlətidir. Bunu bütün dünya, idman ictimaiyyəti qəbul edir, bilir. Azərbaycanda idmanla, Olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır. Məhz bu siyasət nəticəsində biz bu gün bu uğurlar haqqında danışa bilərik. Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycanda, cəmiyyətdə önəmli bir ictimai amilə çevirmişdir. Ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən işlər Azərbaycan idmanının dünyadakı nüfuzunu xeyli artırıb. Bu inkişaf və nüfuz idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi medalların və ölkəmizdə keçirilən beynəlxalq turnirlərin sayında əksini tapıb. Ölkədə idmana göstərilən diqqət və qayğı nəticəsində son illər Azərbaycan idmançıları beynəlxalq yarışlarda böyük uğurlar əldə edirlər.

İdman sahəsində böyük uğurlara imza atan federasiyalardan biri də Azərbaycan Qol Güləşi Federasiyasıdır. Hərçəndki, Federasiyanın rəhbəri Cəsarət Əhmədov gənclərimizə olan diqqət və qayğısı, onların idmana marağının daha da artırır. Cəsarət müəllim nəin ki, gənclərimizi idmana qarşı həvəsini artırır, gənc nəslin vətənpərvər ruhda böyüməsində də zəhməti danılmazdır.

İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən Cəsarət müəllim özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə yüksək reytinqə malikdir.

Cəsarət Əhmədov öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir..

… Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIĞI kimidir: Paytaxtda kimdən soruşsanız onu belə xarakterizə edəcəklər – yüksək qabiliyyəti ilə seçilən təşkilatçı hüquqşunas, rəhbər işçi, gözəl insan və əsl Vətən daşı!

Cəsarət Əhmədov ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətini dəstəkləyir və hər zaman xalq-dövlət, dövlət-xalq birliyini özünə mücəssəmə bilərək öz vətəndaşlıq borcunu xüsusi əhəmiyyətli günlərdə yüksək səviyyədə yerinə yetirir. Cəsarət müəllim Şəhid ailələrinə, Qarabağ qazilərinə, kimsəsiz və ahılların həmişə yanında olmuş və onlara maddi-mənəvi dəstəyini göstərmişdir.

Heç şübhəsiz, sadalanan keyfiyyətlərlə yanaşı, burada 2 mühüm amilin də rolu danılmazdır. Onlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu kontekstdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Cəsarət müəllimin böyük genetik irsin varisidir.

Qol Güləşi Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Qol Güləşi bizim milli idman növümüzdür. Bütün dövrlərdə güclü güləşçilərimiz olubdur, həm sovet dövründə və xüsusilə müstəqillik dövründə. Bizim güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna, o cümlədən Qol Güləşi Federasiyasının rəhbəri Cəsarət Əhmədov olmaqla idmançılarımıza redaksiyamızın kollektivi adından uzun ömür, can sağlığı, həmişə yolları açıq olsun. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

 

Şahmar Zərdabi

Baş redaktor