Təbii fəlakətlərdən zərərçəkənlər hələdə ziyan çəkir

175

Təbii fəlakətlərdən zərərçəkənlər hələdə ziyan çəkir

2019-cu ilin fevral ayının 5-də və 6-da Ağsu şəhərində baş verən zəlzələdən zərərçəkən bəzi sakinlərin bu gün də gözləri yolda qalmaqdadır. Zəlzələdən zərər çəkmiş ərazilərdə vətəndaşlara dəymiş ziyanın aradan qaldırılması və bərpa işlərinin aparalıması ilə bağlı Cənab Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən görülməli olan işlər, hələdə bəzi sakinlər üçün həllini tapmayıb.
Sözü gedən rayon sakinlərindən redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, aidiyyatı üzrə rayon icra hakimiyyətinin rəhbərliyi dəymiş ziyanın dövlət tərəfindən kompensasiya edilməli olduğu sərəncama baxmayaraq, sakinlərdən “şirinlik” adı altında vəsaitlər toplamışdır və heç bir iş görülməmişdir. Redaksiyamıza daxil olan şikayət məktubunda məsələ üzrə adları çəkilən şəxslərin kimliklərini tərəfimizdən aparılacaq mətbuat araşdırması səbəbi ilə qeyd etmirik.
Bizi izləmədə qalın ətraflı araşdırmanın nəticələrini sizə təqdim edəcəyik.
Qarşı tərəfin mövqeyini tanıyırıq.