TÜRK DÜNYASI SİZİNLƏ FƏXR EDİR CƏNAB PREZİDENT. TƏBRİK EDİRİK!!!

296

TÜRK DÜNYASI SİZİNLƏ FƏXR EDİR CƏNAB PREZİDENT. TƏBRİK EDİRİK!!!

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

İcazə verin, Sizi Prezident seçkisində qələbə qazanmağınız münasibətilə səmimi-qəlbdən təbrik edim. Sizin rəhbərliyiniz və yorulmaz fəaliyyətiniz sayəsində bütün tarixi torpaqlar Zəfərlə azad olunub, Azərbaycan ildən-ilə yeni zirvələr fəth edir, inkişaf edir və haqlı olaraq dünya arenasında öz layiqli yerini tutur.

Azərbaycanda yaşayan bütün xalqlar arasında əsl tolerant, mehriban münasibətlərin təşəkkül tapmasına Sizin töhfəniz misilsizdir. Azərbaycanda dini mənsubiyyətindən, irqindən, ictimai-siyasi  fəaliyyətindən asılı olmayaraq, ölkəmizin bütün sakinləri ilə sülh və dostluq şəraitində yaşayıblar. Sizin böyük xidmətiniz sayəsində belə vəziyyət bu gün də davam edir, Türkiyə-Azərbaycan arasında bütün vətəndaşları buna görə Sizə sonsuz minnətdardırlar.

Cənab Prezident, Sizin ölkə rəhbəri kimi fəaliyyət göstərdiyiniz ötən 20 il ərzində Azərbaycan və Türkiyə dövlətlərii və xalqı qarşısında böyük xidmətləriniz olub. Siz Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinə hər zaman sadiq olaraq Azərbaycanı yüksək zirvələrə qaldırmısınız. Sizinlə fəxr edirik. Siz bütün dünya azərbaycanlılarının əziz dostusunuz. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Keçirilən prezident seçkilərində sevinc və fərəh hissi ilə iştirak edərək Sizi hər zaman olduğu kimi yenədə yumruq kimi birləşərək yanınızdayıq, xalqımızın işıqlı gələcəyinə səs verdik.

Bu əlamətdar gündə böyük məmnunluq hissi ilə Sizə minnətdarlığımı və ehtiramımı çatdırır, səmimi-qəlbdən yeni-yeni uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq, övladlarınıza və nəvələrinizə bol-bol sevinc arzulayıram.

Sizə və ailənizə qarşıdan gələn hər bir gün üçün xoş və firavan həyat arzulayıram.

Yaşasın Azərbaycan xalqı!

Yaşasın Müzəffər Ali Baş Komandan!

 

Fateh bey

Türk iş adamı