Füzuli rayon Diaqnostika Mərkəzinin həkimi Natiqə Şəhid ruhuna biganəlik göstərdi

328

Füzuli rayon Diaqnostika Mərkəzinin həkimi Natiqə Şəhid ruhuna biganəlik göstərdi

Şəhidlik – müqəddəsliyin ən uca və ülvi zirvəsidir. Bu zirvəni fəth etmək hər insana nəsib olmur və hər kəs də bunu bacarmır. Həyatını qurban verərək dini, vətəni, dövləti, milləti uğrunda vuruşub allahın razılığını əldə edən öldürülən şəhid adlanır.
Şəhid cismən öldürülsə də, lakin ruhən ölmür, qəlblərdə yaşayır, əbədi olaraq yaddaşlara həkk olunur.
Dövlətimiz tərəfindən şəhidlərə və şəhid ailələrinə hörmət, ehtiram, diqqət və qayğı günü- gündən artır. Şəhidlərimiz cəmiyyətdə yetərincə təbliğ olunsalar da lakin əfsuslar olsun ki, bəzilərinin qəhrəmanlığı layiqincə dəyərləndirilməyib, hələ də, keçdikləri şərəfli həyat yolu nə gənclərimizə, nə də ki, bəzi peşə sahiblərinə örnək göstərilmir. Çünki, onların Azərbaycançılıq, vətənsevərlik, torpaq, Ana Vətən anlamı nə olduğunu bilmirlər.

Redaksiyamıza Şəhid bacısından şikayət daxil olub. Şikayətdə deyilir ki, şəhid bacısı səhhətində yaranan problemə görə Füzuli rayonu Diaqnostika Mərkəzinə yaxınlaşıb. Diaqnostika şöbəsinin həkimi Ceyran xanım və mərkəzin həkim-kardioloqu Natiqə xanım şəhid bacısına bildirib ki, növbədənkənar üçün ödəniş etməlisən. Şəhid bacısı Safura Səfərova Natiqə həkimə bildirəndə ki, mən şəhid bacısıyam, həm də şəkər xəstəliyindən əziyyət çəkirəm. Cavabında Natiqə həkim bildirib ki, 90-cı illərdə Qarabağ döyüşlərində həlak olanlar şəhid sayılmır.

Natiqə həkimə bildirmək istəyirik ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün təminatı uğrunda döyüşən və həlak olan hər bir Azərbaycan vətəndaşı “Şəhid” statusuna malikdir.
Natiqə həkim verdiyi cavabı nəin ki, bir şəhid bacısına etdiyi hörmətsizlikdi, o şəhid ruhuna qarşı etdiyi ədalətsizlik və hörmətsizlikdir.
Vətənin istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olan hər bir kəs bizim şanlı tariximizdir. Hər bir şəhidimizin keçdiyi şərəfli yol, bu günki gənc nəsil üçün örnək olmalıdır. Yaddan çıxarmamalıyıq ki, şəhidlərimizin müqəddəs qanları tökülən torpaqlarımız düşmən tapdağı altındadır. Həmin torpaqları azad etmək üçün hər an hamı bir nəfər kimi hazır olmalıdır. İndiki gəncləri vətənpərvərlik ruhunda yetişdirmək və düşmənə qarşı amansız olmaq üçün şəhidlik tariximizi vərəqləmək, şəhidlərimizi sevmək və sevdirmək hər bir ölkə vətəndaşının vicdan borcudur.
Sonda Safura bacıya bunu deyirik ki, səbirli və təmkinli ol. Bir gün qəlbləri buz bağlamışlar insafa gəlib şəhid bacısına, qohumlarına hörmətlə yanaşarlar. Həqiqət öz yerini tapar. Atalar yaxşı deyib ki, haqq nazilər, amma üzülməz.

PS. Əslən Füzuli rayonu Qarakollu kəndindən olan şəhid Səfərov Mahir Cavanşir oğlu 1 mart 1965-ci ildə Horadiz qəsəbəsində dünyaya göz açıb. Horadiz şəhərində yerləşən 1 nömrəli məktəbdə oxuyub. Və hal-hazırda 1 Nömrəli Məktəb onun adını daşıyır. O, 702 nömrəli birqadanın 839 nömrəli bataliyonun Gövşad kəndində yerləşən 3-cü bölüyünün döyüşçüsü olub. Onun son döyüşü 28 iyun 1992-ci ildə Tuğ kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Allah rəhmət eləsin! Amin.

 Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.

Şahmar Zərdabi

Baş redaktor