Zərdab rayonu Şahhüseynli kənd icra nümayəndəsi Abubəkir İsayev öz işinin peşəkarı və əsl vətəndaşdı

475

Zərdab rayonu Şahhüseynli kənd icra nümayəndəsi Abubəkir İsayev öz işinin peşəkarı və əsl vətəndaşdı

Bu gün əziz oxucular sizə Zərdab rayonu Şahhüseynli kənd icra nümayəndəsi Abubəkir İsayev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə..
…Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Zərdab rayonu Şahhüseynli kənd icra nümayəndəsi Abubəkir İsayev Vətənə ləyaqət nümunəsi sayılacaq məmurlardan biridir.
…Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Zərdab rayonu Şahhüseynli kənd icra nümayəndəsi Abubəkir İsayev vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən məmurlardandır.
Bəri başdan deyirik ki, Abubəkir İsayev təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında. Abubəkir müəllimin saf, təmiz qəlbi var. Neyləsin ki, xalqına, el-obasına bu qədər baglıdır. Saysız- hesabsız ehtiyacı olanlara “Əl tutmaq Əlidən qalıb” deyə əl tutması, simsar olmasını göz önünə gətirin. Abubəkir müəllim həmişə öz yardımsevərliyi ilə şəhid ailələri, qazilərin, kimsəsizlərin yanında olaraq onların qayğısına qalaraq əlindən gələn köməkliyini göstərir.
… İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Zərdab rayonu Şahhüseynli kənd icra nümayəndəsi Abubəkir İsayevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.
… Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün bölgədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər – yüksək qabiliyyəti ilə seçilən təşkilatcı icra nümayəndəsi, gözəl insan və əsl Vətən daşı!
Bu gün Azərbaycan xalqının tarixinin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı gündür. Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi cəsur, mübariz Azərbaycan əsgərinin şücaəti ilə yenidən yazdı. 1 milyondan artıq insana 30 ilədək bir müddətdə köçkünlük acısı yaşadan, dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan haqq savaşında məğlub oldu.

Bizdə redaksiya kollektivi adından Zərdab rayonu Şahhüseynli kənd icra nümayəndəsi Abubəkir İsayevə uzun ömür, can sağlığı, işlərində uğur, qalibiyyət və zəfər diləyirik.

 

Şahmar Zərdabi

Baş redaktor