Uşaq bağçasında müdir özbaşınalığı – ARAŞDIRMA

651

Uşaq bağçasında müdir özbaşınalığı – ARAŞDIRMA

İşçilərə təzyiq, uşaqlara da sirayət edir

Məktəbəqədər təhsil müəssisələrinin Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyindən alınıb Təhsil Nazirliyinin balansına verilməsindən sonra uşaq bağçalarında maddi-texniki bazanın vəziyyətinin nisbətən yaxşılaşması barədə fikirlər səslənirdi. Amma hələ də uşaqların təlim-tərbiyə, təhsilinin keyfiyyəti problemləri aktual olaraq qalır. Üstəlik bura əksər bağça müdirləri ilə müəllimlər arasinda münasibətlərin korlanması da daxildir ki, bu da təhsilin keyfiyyətinə mənfi təsir göstərir.

Bakı şəhəri Binəqədi rayonu 266 saylı Körpələr evi – uşaq bağçasından, bağça ilə birgə məktəbəqədər təhsil müəllimləri bağçanın müdiri Fəridə xanımın davranışlarından gileylidirlər.

“Bağça müdiri məni aldatdı”

266 saylı Körpələr evi – uşaq bağçasının müdiri Fəridə xanım əvvəllər atası Eldar Yunusova arxayın idi. Görəsən indi kim ona himəyadarlıq edir. Bağçada fəaliyyət göstərən tərbiyəçilər və texniki işçilər Fəridə xanımdan dad-aman edirlər. Şikayət də edə bilmirlər, çünki Fəridə xanımın “arxası” olduğunu yaxşı bilirlər.

Mənbə bildirir ki, müdir xanım başımı ovutdu, sonra da bəhanə gətirdi ki, bağçamızda yer yoxdur. Baxmayaraq ki, cari ildən başlayaraq bağçaya qəbul sistemi elektronlaşıb, amma yenə də valideynlərin dediyinə görə bağça müdirlərindən asılı vəziyyətdə qalırlar.

Həmin uşaq bağçasında illərlə iş təcrübəsi olan tərbiyəçi isə bildirir ki, müdirə onunla kobud rəftar edir. Şikayətlərə yuxarıda baxılır

266 saylı uşaq bağçasının müdiri ilə əlaqə saxlamaq istədik. Məsələyə aydınlıq gətirib əks tərəfin fikrini öyrənmək istədik, lakin bizim səsimizə səs verən olmadı.  Bizi dinləmək istəmədi. Bildirdilər ki, Təhsil Nazirliyinə müraciət edək: “Uşaq bağçaları ilə bağlı şikayət, təklif, arzu, istəklərə həmin idarədə baxılır, böyüklərimiz o idarədə oturub, onlardan soruşun”. Böyüklər dedikdə nəyi nəzərdə tutur?

 

Daha ətraflı video sujetlərlə 266 saylı bağçadan şok faktlarla sizləri tanış edəcəyik.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq.