İnsanları aldatmaqla məşğul olan Eldəniz adlı şarlatan? – İDDİA

283

İnsanları aldatmaqla məşğul olan Eldəniz adlı şarlatan? – İDDİA

İnsanları aldatmaqla məşğul olan Eldəniz adlı şarlatan? – İDDİA

Sualım sənədir Eldəniz – Taleyi, imkanı, sərvəti, sağlamlığı, xoşbəxtliyi, sevgini, qisməti Allah verir…

Dünyanın yarandığı gündən Allahın özünün qüdrətindən yaranan irfan, güc, qüdrət sahibləri var. Allahın qüdrətindən bu güc öncəgörənlik onlara verilir. O, da böyük səylərin öz üzərində işləməyin, savadın qarşılığında. Dünyanı idarə edən Ezaterika – magiya elmi var, bu da qəlbin elmidir. Bunlardan xəbərin var? İnasn problemini kökündən dəyişmək həm insanın özünə, həm də Allaha aiddir. Yuxarıda adını çəkdiyim elmə xidmət edən insanlar ancaq yönəldici ola bilərlər, sehrbaz yox. Hansı güclə, biliklə qüdrətlə siz bu böyük məsuliyyətin altına girirsiz? Bizim üçün də maraqlıdır. Bəlkə biz yanılırıq. Siz bu elmin hansı xırdalıqlarına bələdsiniz? Bu yöndə hansı biliklə, hansı enerji ilə işləyirsiniz? Onu bilirsiniz ki, bu elm üçün savadın və güclü enerjinin harmoniyası lazımdır. Siz hansı məktəbi qurtarmısınız, ustadınız kimdir? Hansı növ sehrbazlıqla məşğulsunuz?

Redaksiyamıza etibarlı mənbədən daxil olan məlumata əsasən Xaldan rayonunda Eldəniz adlı şəxs camaatı aldadaraq onların külli miqdarda pulunu mənimsəyərək dələduzluqla məşğul olur.

Mənbədən aldığımız məlumata əsasən bu adam öz “qurban”larını xüsusi olaraq seçir, hətta hipnoz edir. Hətta Eldəniz onlayn xidmət də göstərirmiş, yanına gələnləri dələduzluq edib aldatmağı azmış kimi özünə  bank kartı açdıraraq əvvəlcədən pulu kartına ödədikdən sonra uzaqdan-uzağa “xidmət” göstərir.

Görəsən hüquq-mühafizə orqanları Eldəniz adlı şəxs haqqında niyə ciddi tədbir görmür?

Eldəniz haqqında daha ətraflı, şok faktlarla sizləri tanış edəcəyik… Bizi izləyin…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.