Hacıqabul RİH başçısı Rüstəm Xəlilovun turba biznesi…?

415
????????????????????????????????????

Hacıqabul RİH başçısı Rüstəm Xəlilovun turba biznesi…?

“Əibir olub bir ayı, bir şir ilə”- Hacıqabul RİH-dən şikayət? – İDDİA

Redaksiyamıza etibarlı mənbədən isti-isti daxil olan məlumata əsasən Hacıqabul RİH başçısı Rüstəm Xəlilov Hacıqabul rayon içməli su təminatını məhv etməklə məşğuldur. Möhtərəm Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu istiqamətdə bölgələrdə genişmiqyaslı işlər həyata keçirilməsinə baxmayaraq icra başçısı buna məhəl qoymayaraq bir sıra işbazlarla əlbir olub içməli su trublarını qazaraq torpağın altından çıxardıb “metalloma” sataraq əvəzinə kapron matrialından hazırlanmış çox keyfiyyətsiz trubalar quraşdırır. Hacıqabul rayon Rəncbər kənd sakinləri ilin yay mövsümündə susuz qoyaraq birr növ “Yezid” rolunu oynayır. Kənd sakinləri prezidentə şikayət edəcəklərini dedikdə icra hakimiyyəti nümayəndələri buna məhəl qoymurlar. Mənbədən əldə etdiyimiz məlumata əsasən suya nəzarət edən Teymur Mehdiyevdən səbəb soruşduqda, cavabında bildirmişdir ki, icra hakimi Rüstəm Xəlilovun tapşırığına əsasən dəmir trubalar çıxarılıb satılmalıdır. Amma yerinə isə standarta uyğun olmayan keyfiyyətsiz trubalar quraşdırılır. Yayın bu istisində məmurlar insanları susuz qoyaraq, demək olar ki, dövlətə qarşı təxribat xarakterli işlərlə məşğul olurlar.

Prezident İlham Əliyevin təsdiqlədiyi Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bölgələrdə kənd əhalisinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirdiyi bir dövrdə Hacıqabul Rayon İcra başçısı Rüstəm Xəlilov isə tam əksi ilə məşğul olur. Özünün şəxsi maraqlarından ötrü əhalini susuz saxlayır. Hətta məmura yaraşmayan, dövlət malına xəyanət edir. Görəsən Rüstəm müəllim kimə və nəyə arxayındır? Yoxsa bilmir ki, Azərbaycan dövləti qanunlarla idarə olunur. Burda mən Bağdadda kor xəlifə aforizminə söykənən Rüstəm müəllim gec-tez sənin də ipini yığacaqlar. Elə bilmə ki, gördüyün işlərdən paytaxtın xəbəri yoxdur.

Hacıqabul rayon Rəncbər kənd sakinləri yürüş edərək Bakıya gəlmək, dərdlərini prezidentə birbaşa söyləmək istəyirlər.

Mövzuya yenidən qayıdacağıq.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

P.S. Hörmətli oxucular Hacıqabul rayonunda daha şok faktlarla sizi məlumatlandıracağıq.

Yazıya istinad etmədən paylaşmaq qəti qadağandır!

Şahmar Zərdabi

Təsisçi-Baş redaktor