Ev Cəmiyyət “Əyani təhsildən imtina etməyimiz müzakirə mövzusu deyil” – Fəxrəddin Qoca

“Əyani təhsildən imtina etməyimiz müzakirə mövzusu deyil” – Fəxrəddin Qoca

180
"Əyani təhsildən imtina etməyimiz müzakirə mövzusu deyil"- Fəxrəddin Qoca

“Bütün təhsil müəssisələrimizdə yeni tədris ili müəyyən edilən vaxtda açılacaq. Əyani təhsildən imtina etməyimiz müzakirə mövzusu ola bilməz”.

Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, Elmi Şuranın təklifləri Təhsil Nazirliyi və Ali Təhsil Şurası ilə müzakirə edilərək cəmiyyətə açıqlanacaq.

“Bütün səviyyələrdəki təhsil müəssisələrimiz üz-üzə təhsil verəcək və praktiki məşğələlər fasiləsiz davam edəcək, çünki artıq peyvənd var. Şərtlərdən asılı olmayaraq, tələbələrimizi, şagirdlərimizi və onların ailələrini pandemiya təhlükəsindən qoruyaraq praktiki və əyani təhsilimizə davam edəcəyik.
Ən önəmli işimiz peyvənd olunmayan müəllimlərimizin qalmamasıdır”, – deyə F.Koca bildirib.