Populyar müğənni Dilarə Kazımova – VİDEO+FOTOLAR

1274

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Dilarə xanım Kazımovadır.

Dilarə Kazımova 20 may 1984-cü ildə Bakıda anadan olub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib, ixtisası – opera vokalıdır. İkinci təhsilini incəsənət gimnaziyasında alıb.
Dilarə Kazımova ilk dəfə 2008-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin milli seçim turlarının iştirakçısı olub. “Unformal” qrupunun tərkibində milli seçimlərin final mərhələsini ikinci yerdə başa vurub. İkinci dəfə 2010-cu ildə Avroviziya seçim turlarına qatılıb. Bu dəfə Milk and Kisses qrupunun solisti kimi seçim turunda iştirak edib və yenə də qalib ola bilməyib. Elə həmin il Dilarə Latviyanın Yurmala şəhərində keçirilən “Yeni Dalğa 2010” müsabiqəsinin laureatı olub.
Dilarə 2014-cü ildə də Azərbaycanı təmsil etmək üçün Avroviziya seçim turlarında iştirak edib. O, milli seçim turu olan Böyük Səhnə layihəsinin qalibi olub və Azərbaycanı Avroviziyada təmsil etmək hüququ qazanıb. Dilarə mayın 6-da Danimarkanın paytaxtı Kopenhagendə keçirilmiş I yarımfinal mərhələsində 8-ci nömrə altında “Start a Fire” (azərb. Bir qığılcım) mahnısını ifa edib. Dilarə həmçinin 2014-cü ildə Ukraynada keçirilən Səs (ukr. Голос країни) müsabiqəsinə qatılıb və ilk mərhələni uğurla keçib.

Bizdə hörmətli Dilarə xanım Kazımovanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.