İlham Aslanzadənin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

861

Ppofessor İLHAM ASLANZADƏ - 55

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Texniki Universiteti “Mühəndis biznesi və menecment” fakültəsinin dekanı İlham Aslanzadədir.

Aslanzadə İlham Alıcı oğlu
20 noyabr 1963-cü ildə anadan olmuşdur.
1980-ci ildə orta məktəbi qızıl medalla bitirmiş və D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU-nun) “Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması” fakültəsi
daxil olmuşdur. 1984-cü ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirərək təyinatla gənc mütəxəssis kimi
Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda əmək fəaliyyətinə başlamışdır.

İ.A.Aslanzadə 1987-1990-cı illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) aspirantı olmuş, 1992-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş, iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.
Həmin vaxtdan etibarən AzTU-nun “Sənayenin iqtisadiyyatı, təşkili, planlaşdırılması və idarə edilməsi” kafedrasında assistent, baş müəllim vəzifələrində çalışmışdır.
2001-ci ildə ona dosent elmi adı verilmişdir.
Elə həmin vaxtdan da əvvəlcə AzTU-nun “Mühəndis biznesi və menecment” fakültəsinin təlim-tərbiyə işləri üzrə dekan müavini, sonra isə tədris işləri üzrə dekan müavini vəzifəsində işləmişdir.

İ.A.Aslanzadə 2003-cü ildən AzTU-nun “Mühəndis biznesi və menecment” fakültəsinin dekanıdır.
O, 2010-2011-ci illərdə eyni zamanda həm də “Sənaye iqtisadiyyatı və menecment” kafedrasında
müdir əvəzi
 vəzifəsini icra etmişdir.

İ.A.Aslanzadə 2011-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə
“Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.

2013-cü ildə doktorluq dissertasiyasını uğurla müdafiə etmiş, 2014-cü ildə ona Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın qərarı ilə iqtisad еlmləri doktoru (08.00.05 – «Хalq təsərrüfatının iqtisadiyyatı və idarə еdilməsi ixtisasları üzrə) elmi dərəcəsi verilmişdir.

İ.A.Aslanzadə 80-dən çox elmi işlərin: məqalələrin, dərs vəsaitləri və monoqrafiyanın, metodiki vəsaitlərin müəllifidir. O, Rusiyada, Türkiyədə, Polşada, Qazaxıstanda və s. keçirilmiş konfrans və simpoziumlarda
fəali iştirak etmişdir.

Azərbaycan Texniki Universiteti “Mühəndis biznesi və menecment” fakültəsinin dekanı İlham Aslanzadə peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən İlham Aslanzadə bu işin müqəddəsliyini qoruyub saxlayır. İlham Aslanzadə kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu İlham Aslanzadədən danışdılar yaxşı ki, İlham Aslanzadə Azərbaycan Texniki Universiteti “Mühəndis biznesi və menecment” fakültəsinin dekanı təyin olunub… İlham Aslanzadə öz isguzarlığı ilə tanınır və seçilir….

İlham Aslanzadə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə İlham Aslanzadəni heç vaxt əqidəsindən döndərə bilməz.

İlham Aslanzadə böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

İlham Aslanzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

İlham Aslanzadə ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən İlham Aslanzadənin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

İlham Aslanzadə insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

İlham Aslanzadə bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Texniki Universiteti “Mühəndis biznesi və menecment” fakültəsinin dekanı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə İlham Aslanzadə özünü doğruldub. Bizdə hörmətli İlham Aslanzadəni dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.