11 yaşlı uşağı döyüb xəstəxanalıq etdilər

754

Binəqədi rayonunda döyülmə hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Ş.Məmmədova küçəsi 3 ünvanının qarşısında qeydə alınıb.

Pərviz adlı şəxs xuliqanlıq zəmnində 2008-ci il təvəllüdlü Niyazzadə Ruslan İlqar oğlunu döyərək xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.