Aprel şəhidinin atası vəfat etdi – FOTO

776
2016-cı ilin aprel ayında cəbhə xəttində baş verən şiddətli döyüşlərdə şəhid olan 1994-cü il təvəllüdlü Əlvan Hüseynovun atası vəfat edib.

Publika.az xəbər verir ki, Əlvanın atası Qafar Hüseynov Hacıqabul şəhəri ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Belə ki, oktyabrın 13-də saat 18 radələrində Hacıqabul şəhəri ərazisində Quba rayon sakini İ.İsrafilovun idarə etdiyi “Mercedes” və Füzuli rayon sakini Qafar Hüseynovun idarə etdiyi “KamAZ-5320” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş Q.Hüseynov orada ölüb.

Qeyd edək ki, daha əvvəl şəhidin anası vəfat etmişdi.

Əlvan Qafar oğlu Hüseynov (d. 1994; Dnepropetrovsk, Ukrayna – ö. 2 aprel 2016; Azərbaycan) Azərbaycan Silahlı Qüvvələrinin giziri olub. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olan Əlvan ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.