Putin Roma Papası ilə görüşəcək

688

BİA.az Rusiya prezidenti Vladimir Putin iyulun 4-ü İtaliyaya səfər edəcək.

Səfər çərçivəsində Vladimir Putin İtaliya prezidenti Sergio Mattarella və baş nazir Cüzeppe Konte ilə görüşəcək.

Vladimir Putinin Vatikana da səfəri gözlənilir. O, Roma Papası Fransisklə görüşəcək.