Hava şəraiti səbəbindən uçuşlar təxirə düşdü

693

BİA.az Əlverişsiz hava şəraiti səbəbindən İranın şimalında yerləşən Mazandaran vilayətinin Noşəhr rayonu aeroportunda 3 uçuş ləğv edilib.

Bunu Noşəhr aeroportunun direktoru Əkbər Fərifte deyib.

Ə.Fəriftenin sözlərinə görə, Tehran, Məşhəd və Şiraz uçuşları ləğv edilib.

Mazandaran vilayətinin qərbində ötən gecədən başlayan leysan yağışlar hələ də davam edir. Bölgədə bəzi yolları su basıb.