Sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizmi yaradılacaq

518

BİA.az Azərbaycanda sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizmi yaradılacaq.

Bu, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Proqramda qeyd olunub ki, Qida Təhlükəsizliyi Agentliyi ilə yanaşı,Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları nəzarət mexanizmi yaratma prosesini 2020-ci ilə qədər həyata keçirəcək.