20 ştat rəhbəri Trampı məhkəməyə verdi

575

BİA.az Amerikanın 20 ştatının rəhbərliyi ABŞ prezidenti Donald Tramp administrasiyasını məhkəməyə verib.

Bu barədə Nyu-York ştatının baş prokuroru Letisiya Ceyms öz rəsmi saytında məlumat verib.

Trampın qanunsuz şəkildə federal büdcədən Meksikada sərhəd divarlarının tikilməsinə 1,6 milyard ayırması ştatların rəhbərlərinin narazılığına səbəb olub.

Ştat rəhbərləri vəsaitlərin hüquq-mühafizə orqanlarının gücləndirilməsinə, narkotiklərlə mübarizə və hərbi obyektlərin qurulmasına sərf olunacağını düşünürmüş. Bundan əlavə, hakimiyyət orqanlarının fikrincə, divarın tikintisi ətraf mühitə zərər verəcək.

“Gərəksiz və əsası olmayan bir divarın maliyyələşdirilməsi üçün büdcə vəsaitlərinin yönəldilməsi Konqresin gücünü pozan və Amerikanın hər bir vətəndaşı narahat edən tamamilə məsuliyyətsiz bir hərəkətdir”-deyən Ceyms əlavə edib ki, ştat rəhbərləri “hakimiyyətdən sui-istifadə halalrına” qarşı mübarizə aparacaqlar.