Ev Təhsil BDU-nun yeni rektoru qohumlarına universitetdə yüksək vəzifə verdi

BDU-nun yeni rektoru qohumlarına universitetdə yüksək vəzifə verdi

771

BİA.az

Xəbər verdiyimiz kimi, ötən ayın əvvəlində Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Elçin Babayevin əmri ilə ali məktəbdə 2 yeni müşavirlik yaradılıb və həmin vəzifələrə təyinatlar olub. Bunlar rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri və Ümumi məsələlər üzrə müşaviri vəzifələridir. Əliş Çoban oğlu Ağamirzəyev Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşavir, Fikrət Heydər oğlu Heydərov isə Ümumi məsələlər üzrə müşavir təyin edilib.

Keçmiş polis əməkdaşı olan Fikrət Heydərov rektor Elçin Babayevin yeznəsidir.

Elçin Babayev daha bir qohumunu – II həyat yoldaşının bacısı Ləman Hüseynbəylini isə özünə köməkçi təyin edib.

Məsələ ilə bağlı BDU-nun mətbuat xidməti sözügedən məlumatı nə təkzib, nə də təsdiq etməyib.