Ev Kriminal “Gör, direktor Elinaya nələr deyib ki, o, intihar edib” – Xalq artisti

“Gör, direktor Elinaya nələr deyib ki, o, intihar edib” – Xalq artisti

658

BİA.az Xalq artisti Brilliant Dadaşova intihar edən 8-ci sinif şagirdi Elina haqda danışıb.

Müğənni “Hər şey daxil” verilişində deyib ki, üç gecədir yata bilmir:

“Uşağın özünü atmasına görə gecələr yata bilmirəm. Biz ağır gündə, 20 Yanvarda küçəyə çıxan xalqığ. Nə oldu ki, belə vəhşiləşdik, bir-birimizə qarşı amansızlaşdıq? Bunlar mənə təsir edir. Gələcəyimiz bu gedişlə çətin olar.

Həmin direktoru işdən çıxarmaq kifayət deyil, ona cəza verilməlidir. Ölkə başçısı insanlar üçün nələr edir. 10 milyonuncu sakinə olan diqqəti gördük.

Uşaq intihar edir, həyatına son qoyur. Qalxıb deyir ki, əxlaqsız ailədəndir. Gör, sən bizə bunu deyirsənsə, uşağa nələr demisən ki, o, intihar edib. Bundan sonra özümə gəlmək üçün mənə bir ay vaxt lazımdır”. (Axşam.az)