Dövlətə sədaqətlə xidmət edən yol təsərrüfatı rəhbəri – Raqub Həsənovun fəaliyyətinə ictimai rəğbət
Azərbaycanın hər bir bölgəsində həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri ölkənin dinamik inkişafının bariz göstəricisidir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlər regionların sosial-iqtisadi inkişafına, insanların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsinə mühüm töhfə verir. Bu dövlət siyasətinin yerli səviyyədə uğurla icra olunmasında məsuliyyətli rəhbərlərin əməyi xüsusi qeyd olunur.
Belə rəhbərlərdən biri də Lənkəran şəhər 7 saylı Yol MMC-nin müdiri Raqub Həsənovdur. O, uzun illər ərzində çalışdığı sahədə peşəkarlığı, təşkilatçılığı və işinə məsuliyyətli yanaşması ilə tanınan rəhbərlər sırasındadır. Yol təsərrüfatının inkişafı, mövcud yolların qorunması, saxlanılması və istifadəyə yararlı vəziyyətdə olması istiqamətində həyata keçirilən tədbirlər onun rəhbərliyi altında ardıcıl şəkildə davam etdirilir.
Raqub Həsənov hesab edir ki, yol infrastrukturu yalnız nəqliyyatın hərəkəti üçün deyil, həm də iqtisadi inkişafın, turizmin, kənd təsərrüfatının və insanların rifahının əsas amillərindən biridir. Bu baxımdan rəhbərlik etdiyi kollektiv üzərinə düşən vəzifələri yüksək məsuliyyət hissi ilə yerinə yetirməyə çalışır.
Son illərdə ölkəmizdə avtomobil yollarının yenidən qurulması, kənd və qəsəbələri birləşdirən yolların əsaslı təmiri, yeni magistralların istifadəyə verilməsi Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Dövlət başçısının diqqət və qayğısı nəticəsində Azərbaycanın bütün bölgələrində müasir yol infrastrukturu formalaşır. Raqub Həsənov da bu dövlət siyasətini dəstəkləyən, ona sadiq qalan və fəaliyyətini həmin strateji hədəflərə uyğun quran rəhbərlərdən biri kimi qiymətləndirilir.
İşgüzarlığı ilə yanaşı, Raqub müəllim humanistliyi və xeyirxahlığı ilə də seçilən insan kimi tanınır. O, imkan daxilində şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə diqqət və qayğı göstərməyə, onların problemlərinin həllinə dəstək olmağa çalışır. Bu münasibət cəmiyyətimizin ən həssas təbəqəsinə göstərilən mənəvi dəyərin ifadəsi kimi qiymətləndirilir.
Şəhid ailələri və qazilər dövlətimizin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu istiqamətdə həyata keçirdikləri sosial siyasət ölkəmizdə yüksək qiymətləndirilir. Raqub Həsənov da öz fəaliyyəti ilə bu humanist siyasətə dəstək verməyə çalışan insanlardan biri kimi tanınır.
Kollektiv arasında səmimi münasibətlərin formalaşdırılması, əmək intizamının qorunması və işçilərin sosial rifahına diqqət yetirilməsi Raqub müəllimin rəhbərlik üslubunun əsas xüsusiyyətlərindəndir. Onun rəhbərlik etdiyi kollektiv qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün səylə çalışır.
Yol təsərrüfatı sahəsində çalışan insanların əməyinin görünən nəticəsi hər gün minlərlə vətəndaşın istifadə etdiyi yollar, körpülər və digər infrastruktur obyektləridir. Bu baxımdan Raqub Həsənov öz peşəsinə böyük məsuliyyətlə yanaşaraq dövlət əmlakının qorunmasına və yol təsərrüfatının səmərəli idarə olunmasına xüsusi önəm verir.
Onun fəaliyyətində əsas prinsiplərdən biri dövlətə və dövlətçiliyə sədaqət, qanunlara hörmət və xidməti vəzifələrin vicdanla yerinə yetirilməsidir. Bu xüsusiyyətlər həm iş yoldaşlarının, həm də onu tanıyan insanların rəğbətini qazanmasına səbəb olub.
Raqub Həsənov hesab edir ki, hər bir rəhbər çalışdığı sahədə yalnız idarəetmə funksiyasını yerinə yetirməklə kifayətlənməməli, həm də kollektiv üçün nümunə olmalıdır. Məhz bu baxış onun fəaliyyətində daim hiss olunur. Sadəliyi, təvazökarlığı və insanlarla səmimi ünsiyyəti onu fərqləndirən cəhətlər kimi qeyd edilir.
Bu gün Azərbaycan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı inkişaf yolunda inamla irəliləyir. İnfrastruktur layihələrinin uğurla icrası, yolların yenilənməsi və regionların simasının dəyişməsi ölkəmizin qüdrətini daha da artırır. Bu ümumi inkişaf prosesində Raqub Həsənov kimi məsuliyyətli rəhbərlərin əməyi də öz töhfəsini verir.
Sonda demək olar ki, Raqub Həsənov peşəsinə bağlılığı, dövlətçilik prinsiplərinə sadiqliyi, kollektivə qayğıkeş münasibəti və şəhid ailələri ilə qazilərə göstərdiyi diqqətlə nümunə göstərilən rəhbərlərdən biri kimi dəyərləndirilir. Ona gələcək fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı və həyata keçirdiyi işlərdə daim nailiyyətlər arzulayırıq.
Şahmar Zərdabi
Baş redaktor





