Bakıda dava edən şəxsi bıçaqladılar

588

 

BİA.az Bakı sakini dava zamanı bıçaqlanıb. Hadisə Binəqədi rayonunda baş verib.

8-ci mikrorayonda qeydə alınmış hadisə zamanı 1971-ci il təvəllüdlü Alman Tərlan Mirəhməd oğlu iki nəfərlə dava edib. O, dava zamanı bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Müəyyən edilib ki, onun bədəninə 3 bıçaq xəsarəti yetirilib.

Fakt Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi tərəfindən araşdırılır.