BİA.az Quba-Xınalıq avtomobil yolunda hərəkət bərpa edilib.
Bu barədə 5 saylı Quba Yol İstismarı İdarəsinin sahə rəisi Əliqulu Orucov məlumat verib.
Onun sözlərinə görə, 5 ekskavator və 2 buldozerin köməkliyi ilə yol açılıb, gediş-gəliş təmin olunub.
Qeyd edək ki, bu gün Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən iri qaya parçaları yolun hərəkət hissəsini bağlayıb. Dərhal hadisə yerinə Agentliyin əməkdaşları və xüsusi texnika cəlb edilib.