Məscid yazı müsabiqəsi elan etdi: Şeyxülislamın 70 illiyi ilə bağlı…

617

Məscid yazı müsabiqəsi elan etdi:Şeyxülislamın 70 illiyi ilə bağlı...

BİA.az Sumqayıt şəhər Cümə Məscidi Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq məqalə müsabiqəsi elan edib.

Bu barədə  məscidin  “Feysbuk” səhifəsində bildirilib.

Müsabiqəyə Şeyxülislam Allahşükür Paşazadənin ölkəmizdə milli-mənəvi dəyərlərin önəmli komponentlərindən olan dövlət-din münasibətlərinin qorunması, dini-ideoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə zəruri addımlar atılması, məzhəblərarası təfriqə və ayrı-seçkiliyin qarşısının alınması istiqamətində gördüyü işlərdən bəhs edən məqalələr qəbul olunur.
Təqdim ediləcək məqalələr 6 səhifədən az olmamalı (Arial formatı, 12 yazı ölçüsü və 1,5 sətir aralığı), Azərbaycan, rus və ingilis dillərinin birində təqdim edilməlidir.
Məqalələr 2019-cu ilin 30 may tarixinədək müəllif tərəfindən elektron formada 70yubiley@mail.ru ünvanına göndərilməlidir.
Təqdim olunmuş məqalələr 06 iyun 2019-cu il tarixinədək qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaqdır.
Mükafat
I yer – 300 AZN
II yer – 200 AZN
III yer – 100 AZN
Hər biri 50 manat olmaqla üç həvəsləndirici mükafat
Müsabiqə ilə bağlı əlavə məlumatı səhifənin mesaj qutusuna yazmaqla almaq olar.

Əlaqələndirici şəxs: S.Quliyev 055-515-67-99