“Taysonla Məhəmməd Əli döyüşsə, kim qalib olardı” sualına — MARAQLI CAVAB

667
BEVERLY HILLS, CA - JULY 25: Mike Tyson speaks onstage during the "Mike Tyson: Undisputed Truthts" panel discussion at the HBO portion of the 2013 Summer Television Critics Association tour - Day 2 at the Beverly Hilton Hotel on July 25, 2013 in Beverly Hills, California. (Photo by Frederick M. Brown/Getty Images)

Əfsanəvi boksçu Mayk Tayson karyerasının başa vurduqdan 14 il sonra maraqlı etiraf edib.

”Ölkə.Az” xəbər verir ki, keçirdiyi 58 döyüşün 44-də nokautla qələbə qazanan Tayson ötən əsrin ən güclü boksçusu hesab edilən Məhəmməd Əli barədə danışıb. O, “Taysonla Məhəmməd Əli döyüşsə, kim qalib olardı” sualını belə cavablandırıb:

”Məhəmməd Əli xüsusi boksçu idi. İkimizin də ən yaxşı vaxtımıza nəzər salsaq, mən heç vaxt ona qalib gələ  bilməzdim. Çünki o, dünyanın görüb görəcəyi ən yaxşı boksçu” olub.

Qeyd edək ki, Tayson peşəkar karyerasını 2005-ci ildə bitirib.