Möhtəşəm 20 il gələcək inkişafın möhkəm təməlidir

627

Möhtəşəm 20 il gələcək inkişafın möhkəm təməlidir

Bakı şəhəri, 51 saylı notariat ofisinin xüsusi notariusu Üzeyir  Kərimov: Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 20 il ərzində respublikamız müqayisəyəgəlməz uğurlu bir yol keçib. Bu, Azərbaycan liderinin dövlət idarəçilik fəlsəfəsində xüsusi yer tutan bütün sahələrin inkişafına kompleks yanaşmaq, davamlı islahatlar həyata keçirməklə tərəqqiyə nail olmaq kimi prinsiplərin gerçəkləşdirilməsi ilə reallaşıb.

Dövlətimizin başçısı prezidentlik fəaliyyətinə başlayandan sonra Azərbaycan xalqına müraciətində də bu istiqamətdə icra ediləcək genişmiqyaslı tədbirlərin anonsunu diqqətə çatdırdı, qısa müddətdə imzalanan dövlət proqramları, fərman və sərəncamlarla yeni iqtisadi quruculuq prosesinə start verdi. Reallaşdırılan məqsədyönlü layihələr nəticəsində qısa zamanda sürətli iqtisadi inkişaf, dövlətin maliyyə imkanlarının genişlənməsi, makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın neft-qaz amilindən asılılığının əhəmiyyətli dərəcədə azaldılması, iqtisadi şaxələndirmə siyasətinin uğurla həyata keçirilməsi, regionların sürətli sosial-iqtisadi inkişafı təmin olundu, Azərbaycan geniş investisiya imkanlarına malik donor ölkəyə çevrildi.

Prezident İlham Əliyev sadalanan məsələlərin həlli zamanı “güclü iqtisadiyyat–güclü dövlət” prinsipinə əsaslanıb. Bunun üçün, ilk növbədə, iqtisadi strategiyanın imkanlarından maksimum yararlanmaq məqsədilə respublikamızın inkişaf prioritetlərini müəyyənləşdirən “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərmanın, davamlı və tarazlı inkişafın gerçəkləşməsinə yönələn “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proq­ramı”nın (2004–2008-ci illər) tələblərini əsas istiqamətlər kimi önə çəkib.

Fəaliyyəti müddətində yüzlərlə təltif və mükafatlara layiq görülmüş Prezident İlham Əliyev bütün mükafatların fövqündə Azərbaycan xalqının  sevgi və etibarını daha önəmli saydığını, hər zaman xalqın dəstəyinə güvəndiyini dəfələrlə vurğulamışdı.

Həqiqətən də bu gün Azərbaycan sön 200 illik tarixinin ən möhtəşəm illərini yaşayırsa bu cənab Prezident İlham Əliyevin bacarıqlı siyasətçi olmasının məhsuludurş Dünyanın diqqətini cəlb edən tədbirlər Azərbaycana daha xoşbəxt gələcək vəd edir. Hər bir azərbaycanlının qəlbində özünə sevgi mülkü qurmuş möhtərəm Prezidentimiz İlham Əliyev!

Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi seçkidə qələbə qazanmağınız münasibətilə ən xoş arzularla səmimi-qəlbdən təbrik edim. Sizə müstəqil Azərbaycanımızın tərəqqisi, firavanlığı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir müstəqil Azərbaycanın böyük inkişaf yolu, qüdrətlənməsi, eyni zamanda dünyada etibarlı tərəfdaş kimi qəbul olunması Sizin adınızla bağlıdır.

Dünyada yaşayan minlərlə azərbaycanlı Sizin dəstəyinizlə ali təhsil müəssisələrində təhsil alır və müasir cəmiyyətə inteqrasiya edir. Dost ölkələrlə dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri biz azərbaycanlılarını, eləcə də dünya ictimaiyyətini çox sevindirir.

Hörmətli Prezident, 2023-cü il dünya azərbaycanlılarının əbədiyaşar Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bütün dünyada silsilə tədbirlər keçirildi. Bu əlamətdar tədbirlərdə bizimlə yanaşı, dost və qardaş xalqların nümayəndələri də əsl dostu olmuş Ulu Öndər Heydər Əliyevi böyük hörmətlə yad edib, sonsuz ehtiramlarını bildiriblər.

Möhtərəm cənab Prezident, bu gün dünyada Sizin yürütdüyünüz müdrik siyasət nəticəsində əldə edilən uğurların qürur və sevinc hissi ilə yaşayır və fəaliyyət göstərirlər. Otuz illik həsrətdən sonra Siz Müzəffər Lider olaraq Azərbaycanın əzəli torpaqlarını düşməndən azad etdiniz və ölkənin ərazi bütövlüyü, suverenliyi tam təmin olundu. Biz azərbaycanlılar harada yaşamağımızdan asılı olmayaraq hər zaman Sizin siyasətinizi dəstəkləyirik. Dünyada yaşayan yüz minlərlə azərbaycanlı növbədənkənar Prezident seçkilərində qələbə qazanmağınız münasibəti ilə ürəkdən təbrik edir.

Hörmətli cənab Prezident, Sizə, ailənizə və bütün Azərbaycan xalqına xoşbəxt və firavan həyat arzu edir, Qarabağımızda görülən bərpa-quruculuq işlərində uğurlar diləyirəm.

Biz birlikdə güclüyük!