XEYİRXAHLIQ ADLI ƏNƏNƏNİ DAVAM ETDİRƏN HƏR KƏS TANRI YANINDA BÖYÜK SƏLTƏNƏT QAZANIR

386

XEYİRXAHLIQ ADLI ƏNƏNƏNİ DAVAM ETDİRƏN HƏR KƏS TANRI YANINDA BÖYÜK SƏLTƏNƏT QAZANIR

Bilmirəm,nədənsə,həmişə Müqəddəs kitabdan müdrik kəlamları oxuyanda mütləq gözlərim önünə yaxşı və pis əməl sahibləri gəlir. Və həmin kəlamları tanıdığım o cür insanlara şamil edirəm.Ancaq nə yaxşı ki,yaxşı əməl sahibləri daha çox yadıma düşür. Məhəmməd Peyğəmbərin bir kəlamında deyilir:

Dünyəvi həyat əkin kimidir, onun məhsulu o dünyada yeyilir. Bu o deməkdir ki,bu dünyada yaxşılıq edin ki,o dünyada yaxşılıq biçəsiniz. Hər bir yaxşı əməl ehsandır. Səxavətli insan Allaha, xalqa, behiştə yaxın,cəhənnəmdən uzaqdır. Paxıl və xəbis insan isə Allahdan, xalqdan,behiştdən uzaq,cəhənnəmə yaxındır.Allah öz bəndələrini sevir və insanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir. Bu müdrik kəlamları elə-belə xatırlamadım. Yazımın konkret ünvanı var.İnsanlara daim yaxşılıq edən bir insan haqqında danışmaq istəyirəm. O insandan ki,amalı,məqsədi, əqidəsi ancaq yaxşılıq etməkdi,dara düşən,çətinliyə düçar olan insanların dadına çatır,heç kəsi naümid qaytarmır.Bu sözü,əməli,fikri xeyirlə yoğrulmuş insan Maliyyə Nazirliyinin Gəncə şəhəri üzrə Maliyyə İdarəsinin rəisi Rəşid İsmayıl oğlu Yusifovdur. O, vətəninə, xalqına, torpağına bağlı bir insan, ürəyi insanların sevinci-kədəri ilə döyünən əsil azərbaycanlıdır. Hər zaman sadəliyi, xeyirxahlığı ilə seçilən Rəşid Yusifovun sözünün əvvəli-axırı insandır. İnsanın dərdi, kamilliyi, qəhrəmanlığı, naqisliyi, nadanlığıdır. Bütün insanlar yaxşı əməl sahibi,xeyirxah olsaydı faciələr törənməz, qanlar axıdılmaz, ölkələr viran, uşaqlar yetim, ana-bacıların gözü yaşlı qalmazdı!-deyir Rəşid müəllim. Yaxşı insan və xeyirxah əməl ölməzdir. Nəcib, xeyirxah insanlar əməlləri,qurub yaratdıqları,nəsillərə qoyub getdikləri töhfələrlə, işlərlə zaman-zaman yad edilir,xatırlanır, gələcək nəsillərə bir örnək kimi nümunə göstərilir. Rəşid  Yusifov bütün işçi kollektivinin hər zaman sözünü səbrlə dinləyir, hər birinə əlindən gələn köməkliyi göstərir, heç bir zaman ona pənah gətirən insanları naümid qaytarmır. Sadəlik insanın gözəlliyi, təvazökarlıq isə təbiəti, xarakteridir. Hər iki xüsusiyyət yazımın qəhrəmanı olan Rəşid müəllimdə var. Heç nəyə biganə yanaşmır, hər zaman şəhid ailələrinə, qazilərə, aztəminatlı insanlara xüsusi qayğı göstərir, heç kəsdən bacardığı köməkliyini əsirgəmir. Bəli, hər bir kəsə öz doğma insanı kimi dəyər verən Rəşid müəllim onların hər birinə ata qayğısı ilə yanaşır,səmimi rəftar edir. Rəşid Yusifov sözünün qədir-qiymətini bilən insandı. Onun sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçib,zaman dəyişsə də Rəşid müəllim dəyişməz qalır.Onun ən yaxşı xüsusiyyətlərindən biri də jurnalistlərin ürəyini fəth edə bilməsidir. Heç zaman jurnalistlərdən qaçmaz,onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Ən əsas xüsusiyyəti isə dəqiqliyi,qərəzsizliyi, obyektivliyi çox sevir və bütün qələm sahiblərinə bunu tövsiyyə edir. Ağa ağ, qaraya qara demək lazımdır, yalan məlumatlar cəmiyyətə,insanlara və gələcək nəsillərə zərər gətirər deyə tövsiyyə edir. Mənim belə bir insan haqqında yazmaq istəməyimin əsas səbəbi də məhz Rəşid müəllimin dəyişməz xarakterli olması,hər kəsə eyni gözlə baxması,etdiyi hər hansı bir iş olur-olsun heç bir təmənna gözləməməsi, heç kəsdən əlindən gələn köməyini əsirgəməməsidir.Mən bir yazar olaraq redaksiyamızın bütün yaradıcı heyəti adından Maliyyə Nazirliyinin Gəncə şəhəri üzrə Maliyyə İdarəsinin rəisi Rəşid İsmayıl oğlu Yusifova uca Tanrıdan cansağlığı, uzun ömür, ailə səadəti diləyir, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında göstərdiyi fəaliyyətində uğurlar arzulayıram.