Masaj salonu adı altında fəaliyyət göstərən fahişəxana

677

Masaj salonu adı altında fəaliyyət göstərən fahişəxana

Paytaxtın 28 may metrosu yaxınlığındakı massaj salonuna və orada olan rüsvayçılığa “dur deyən tapılacaqmı?

Masaj salonları ilə bağlı ictimai rəyin birmənalı olmaması sirr deyil. Bu gün masaj salonundan danışılanda 10 adamdan ən azı 8-i gülümsəyir. Səbəb məlumdur: təəssüf ki, bu məkanların böyük əksəriyyəti “masaj salonu adı ilə pərdələnib, “başqa-başqa işlərlə məşğuldur…

Artıq elə bir vəziyyət yaranıb ki, həqiqətən də masaj məqsədi ilə bu ünvanlara üz tutanlara heç kəs inanmır. Əksəriyyət elə düşünür ki, masaj salonlarında yeganə cazibə qüvvə, ehtiyac hissi ehtirasdır. Niyə də belə düşünməsinlər, bu salonlarda ən müxtəlif xidmətlər təklif olunur… Qiymətlər də müxtəlifdir: əsasən 50-100 manat arasında dəyişir.

İndi de-fakto fahişəxana kimi fəaliyyət göstərən “masaj salonlarının sayı da artmaqdadır. Onlar arasında rəqabət də mövcuddur. Rəqabətdə isə bütün vasitələrdən yararlanmaq var: təkcə komfort şərait yox, həm də ən cazibəli xanımlara üstünlük verilir. Nə isə,…

Redaksiyamıza bu barədə daha bir məlumat daxil olub. Məlumatda Bakının mərkəzində, insanların ən çox sıx olan yerlərindən biri 28 may metrosununu yaxınlığında yerləşən adsız masaj salonunun fəaliyyətindən bəhs olunur. Məlumatlarda bu masaj salonununda insan alverindən tutmuş, vergidənyayınma faktlarına qədər müxtəlif qanunazidd faktlar sadalanır. Biz məlumatların həqiqiliyinə əmin olmadığımızdan müəyyən dəqiqləşmələr də aparmaq istədik. Bu məqsədlə də sözügedən ünvana yollandıq. Məlum oldu ki, bu masaj salonu ilə bağlı redaksiyamıza daxilı olan məlumatlar nəinki həqiqətdir, həm də azdır. Burada masaj adı ilə müxtəlif növ “xidmətlərdən söhbət gedir. Şühbəsiz ki, hər “xidmətin də öz qiyməti var: 50-80-100 manat civarında.

Bu “xidmətlərdən əlavə bu masaj salonu vergidənyayınma faktları ilə də diqqəti çəkir. Müşahidələrimiz zamanı nə kassa aparatından, nə də vergini xatırladan başqa nəsnədən əsər-əlamət görünmədi. Yəqin ki, hörmətli vergi müfəttişlərimiz bu “özfəaliyyəti görmürlər. İnanırıq ki, görüb, bilsəydilər qanunumüvafiq şəkildə ölçü götürmüş olardılar.

Təsəvvür edirsinizmi, paytaxtın mərkəzində, 24 saat işləyən bir obyektdə nələr olur, nələr? Ən dəhşətlisi isə bu masaj salonunun insanlarən, ən əsası da məktəblilərin gediş-gəlişli yerin olmasıdır. Bunun nə demək olduğu haqqında danışmaq da, yazmaq da artıqdır. Ətrafda işləyən sakinlər isə vəziyyəti belə izah edrilər: “Ssəs-küydən işdə otura bimirik. Qarşısından keçmək mümkün deyil. “Masaj salonunun qarşısı “müştərilərlə dolu olur. Yaşayış binalarının yanında, əhalinin ən çox istifadə etdiyi yolun üzərində belə biabırçı vəziyyət yaranıb. İldə 2-3 dəfə adını dəyişdirsələr də, bu obyektə eyni adamlar nəzarət edirlər. Utancımızdan bayıra çıxa bilmirik. Uşaqlarımızın tərbiyəsi pozulur.

Aldığımız məlumata əsasən bu əxlqasızlıq yuvasını işlədən Türkan adında qadındır. Bu qadın heç kimdən və heç nədən qorxmadığını deyir. Görəsən hüquq-mühafizə orqanları bu obyekt barəsində niyə ölçü götürmürlər.

Görünür bu adsız masaj salonunun “kışaları haqqındakı söz-söhbətlər əsassız deyilmiş…

Sakinlər saytımız vasitəsi ilə aidiyyatı orqanlara müraciət edib bildirmək istəyirlər ki, bu əxlaqsızlıq yuxası haqqında ciddi tədbir görsünlər.

Adıçəkilən obyekt və Türkan haqqında şok faktlarla sizi tanış edəcəyik!

Qarşı tərəfin mövqeyini tanıyırıq.

Beynəlxalqinformasiyaagentliyi.az