TƏBRİK EDİRİK CƏNAB PREZİDENT! QALİB XALQIN, QALİB LİDERİ!

305

TƏBRİK EDİRİK CƏNAB PREZİDENT! QALİB XALQIN, QALİB LİDERİ!

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizi Prezident seçkilərdə parlaq qələbə qazanmağınız münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizin uzaqgörən siyasətiniz sayəsində sürətlə inkişaf edən Azərbaycan yüksək nüfuz və hörmət qazanaraq beynəlxalq aləmdə layiqli yer tutub. Ali Baş Komandan olaraq Sizin rəhbərliyinizlə şanlı Ordumuz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağı və ətraf rayonları işğaldan azad etməklə möhtəşəm Zəfər əldə edib. Son 200 ildə Azərbaycanın itirilən, işğal olunan torpaqlarını geri qaytaran sərkərdə kimi adınız tariximizə qızıl hərflərlə yazılıb. Dünya azərbaycanlıları Sizin dəmir yumruğunuz ətrafında birləşib. Azərbaycan vətəndaşı olaraq hər zaman Sizi və yürütdüyünüz siyasəti dəstəkləyirik.

Böyük fəxarət hissi ilə öz fəaliyyətimizdə Sizin tapşırıq və tövsiyələrinizi yerinə yetiririk.

Sizə cansağlığı, uğurlar, əvvəlki seçkilərdə olduğu kimi, növbəti seçkidə də böyük qələbə qazandığınız.

Yaşasın Azərbaycan!

Eşq olsun Ali Baş Komandana!

 

Bərxudar Bərxudarov

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru