Quba rayonunda qanun şahdır və ya şah qanundur? – ARAŞDIRMA…

375

Quba rayonunda qanun şahdır və ya şah qanundur? – ARAŞDIRMA…

Cənab Prezident İlham Əliyevin 31 avqust 2023-cü il tarixli Sərəncamı ilə bildiyimiz İlqar Mahmudov Quba rayonuna icra başçısı təyin olunub. İlqar Mahmudov saf bir insan olsa da, çox maraqlıdır ki, o Qubada Tariyel İbrahimov, Pənah Qurbanəliyev, Fuad Orucov, Sahib Məmmədov və Neyman Hüseynov kimi korrupsionerlərlə baş aça biləcəkmi? Sadəcə birinci müavin kimi fəaliyyət göstərən Tariyel İbrahimov Qubada heç bir nüfuz sahibi deyil. Bu gün Quba Rayon İcra Hakimiyyətinin baş mühasibi vəzifəsini tutan Pənah Qurbaəliyev isə Quba Rayon Sosial Müdafiə Mərkəzinin ünvanlı sosial dövlət yardımı sektorunda çalışarkən yüzlərlə ailələrin ünvanlı sosial yardım kartlarını aylarla öz cibində saxlayan rüşvətxor kimi tanınan bir insandır. Pənah Qurbanəliyevi o kiçik yerdən bu böyük vəzifəyə çəkilməsi də heç də təsadüfi deyil. Belə ki, Pənah Qurbanəliyev Quba Sosial Mərkəzinin ünvanlı sosial yardım sektorunda işlədiyi dövrdə Quba Sosial Yardımı Sektoru olan şizofrenik Sahil Məmmədov Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunduqdan sonra korrupsiya peşəkarlığına görə Pənah Qurbanəliyev Quba Rayon İcra Hakimiyyətinin Baş mühasibi vəzifəsinə irəli çəkilmişdir. Həmin şizofrenik Sahil Məmmədov isə Quba Rayon Statistika İdarəsinin rəisidir. Daha bir fakt isə mədəniyyətdən xəbəri olmayan, Qubada alkaş, içki düşünü, arvadbaz və mədəniyyətsiz adam kimi tanınan Fuad Orucovun Quba Rayon Mədəniyyət Şöbəsinə rəhbərlik etməsidir. Hələ illər öncə Quba Rayon İdman İdarəsinin rəisi olan Fuad Orucov Qubadan daş-qalaq edilərək qovulan Rauf Həbibov tərəfindən Quba Rayon İcra Hakimiyyətinin başçısının sosial iqtisad məsələləri üzrə müavini təyin edilmişdir. Rauf Həbibov həmin vaxt bununla da kifayətlənməyərək alkaş Fuad Orucovu Yeni Azərbaycan Partiyasının Quba Rayon Təşkilatının sədri vəzifəsinə irəli çəkmişdir. 2009-cu ilin dekabrında Fuad Məmmədli Quba Rayon Polis Şöbəsinin rəisi təyin olunduqdan sonra alkaş Fuad Orucovu şəxsən rəis tərəfindən sərxoş vəziyyətində ictimai asayişi pozarkən polis idarəsinə gətirmiş həmin vaxt Fuad Orucov 3 gün müvəqqəti saxlama yerinə saxlanmışdır. Həmin 3 gün ərzində isə alkaş Fuad Orucov Quba Rayon İcra Hakimiyyətinin başçısının sosial-iqtisadi məsələlər üzrə müavin vəzifəsinə və YAP-ın sədrliyindən kənarlaşdırılmışdır. Bu boyda rusvayçılıqdan sonra alkaş, mədəniyyətsiz Fuad Orucov Quba Rayon Mədəniyyət Mərkəzinin müdiri vəzifəsinə təyin edilmişdir. Həmin vaxtdan indiyə kimi də bu alkaş Fuad Orucov hələ də Quba Rayon Mədəniyyət Mərkəzinin müdiri vəzifəsini tutur. Əlbəttə ki, belə içki düşgünü olan mədəniyyətsiz Fuad Orucovun bu vəzifəsini tutması rayon əhalisi üçün ağır zərbədir. Bundan başa Quba rayonu ilə bağlı daha bir fakt isə Qubada hər zaman müxalifətçilərə havadarlığı ilə tanınan Neyman Hüseynovun bu gün Quba Rayon İcra Hakimiyyətində sənədlərlə və vətəndaşların müraciətləri ilə bağlı şöbənin müdiri vəzifəsini tutmasıdır. Neyman Hüseynovun həyat yoldaşı bu gün birinci Nüqədi kəndinin orta məktəb direktoru vəzifəsini tutur. Hələ ki, bu qədər. Quba rayon haqqında silsilə yazılar davam edəcək.

Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.

 

Hazırladı:

Nurəddin Ələsgərov

Beynelxalqinformasiyaagentliyi.az-ın xüsusi müxbiri