Suraxanı rayon MKTİB-nin rəisi Mais Məmmədovun özbaşınalıqları və qanun pozuntuları – İDDİA/FAKT

364

Suraxanı rayon MKTİB-nin rəisi Mais Məmmədovun özbaşınalıqları və qanun pozuntuları – İDDİA/FAKT

Qaraçuxur qəsəbəsində yerləşən, el arasında “Cavanşir parkı” kimi tanınan Neftçilər parkındakı “Green park” restoranı və həmin restoranın yanındakı gül dükanı Mais Məmmədova məxsusdur. Bundan başqa təkcə Mais Məmmədov yox, kürəkəni də Qaraçuxurda at oynadır. Ən dəhşətlisi isə odur ki, Mais Məmmədov el arasında qatı müxalifətçi kimi tanınan və müxalifətin bütün tədbirlərində iştirak edən Qənbər müəllim adı ilə şəxsə də yaxından havadarlıq edir. Belə ki, yaşı 70-dən çox olan bu qoca Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin fəhləsi kimi yenə də Mais Məmmədovun “Cavanşir parkı”na təhkim olunub. Heç bir iş görməyən, əlinə bir süpürgə və kürək almadan hər il dövlət büdcəsindən maaş alır. Mais Məmmədocun Suraxanı rayonunda hegemonluğu bununla bitmir. Öz doğma qardaşı ilə birlikdə şərikli şəkildə Qaraçuxur qəsəbəsi ərazisində çoxmərtəbəli binalar tikdirərək sakinlərin rahatlığını pozmaqdan belə çəkinmir. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovu belə saymayan Mais Məmmədov adı bir neçə korrupsiya əməllərində hallanır. Və onun qanunsuz əməllərinə hələ də son qoyulmur.

Davamı var…

Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.

 

Hazırladı:

Nurəddin Ələsgərov

Beynelxalqinformasiyaagentliyi.az-ın xüsusi müxbiri