İŞİNİN PEŞƏKARI, HÜMANİST XANIM ABDULLAYEVA NURİYYƏ

374

İŞİNİN PEŞƏKARI, HÜMANİST XANIM ABDULLAYEVA NURİYYƏ

Nuriyyə Abdullayeva gözəl xanım olmaqla yanaşı öz işinə də peşəkarcasına yanaşan insanlardandır. Onun hazırda Quba rayonu ərazisində Quba – 1-ci və 2-ci Nüqədi marşrutunun təşkilatçısı olaraq əhali və sərnişinlər tərəfindən sevilən bir xanımdır. Ona görə ki, həmin marşrut həmişə vaxtı-vaxtında xəttə çıxır, sərnişinlərin rahat daşınmasını təmin edir. Əhali həmişə Nuriyyə xanıma hörmətlə yanaşırlar. Nuriyyə xanım Azərbaycanda qadın sahibkarlığın inkişafında da mühum rolu vardır. Nuriyyə Abdullayeva dünyanın, eləcə də Azərbaycanın ictimai, sosial və mədəni həyatında, iqtisadiyyatda qadın rolunun bir daha  bariz nümunəsidir. Nuriyyə xanım Quba rayonunda şəhid ailələrinə, Qarabağ veteranlarına və aztəminatlı ailələrə həmişə maddi və mənəvi dəstək olur. El tədbirlərində və xüsusən də şəhid tədbirlərində, dövlət əhəmiyyətli tədbirlərdə öz vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirən vətənpərvər Azərbaycan xanımıdır. Digər nəqliyyat rəhbərlərinə tövsiyyəmiz odur ki, baxmayaraq ki, xanım sahibkarımız Nuriyyə Abdullayevin iş fəaliyyətindən nümunə götürsünlər. Belə bir məsəl var: “Aslanın erkəyi dişisi olmaz”. Nuriyyə xanım gözəl ailə baçısıdır. Qonşularla çox gözəl ünsiyyət saxlayır, sadəliyi ilə başqalarından fərqlənir.

Biz də redaksiyamız kollektivi adından Nuriyyə Abdullayevaya uzun ömür, can sağlığı, üzünüzdən təbəssüm heç bir zaman əskik olmasın. Hər zaman insanlara sevgi ilə yanaşmağınıza görə minnətdarlığımızı bildiririk. Həmişə yollarınız açıq olsun. İşinizdə uğurlar arulayırıq.

Hazırladı:

Nurəddin Ələsgərov

Beynelxalqinformasiyaagentliyi.az-ın xüsusi müxbiri