İnsan kimi insan, həkim kimi peşəkar

246

İnsan kimi insan, həkim kimi peşəkar

Əziz oxucular bu dəfə söhbət açacağımız insan özünün müsbət keyfiyyətləri ilə digər insanlardan seçilən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, doktor Elnur Rüstəmov olacaq. Peşəkar həkim olmaq, ümumiyyətlə tibb sahəsi insanların sağlamlığına yardım etmək istəyənlər üçün müraciət edilə biləcək bir sahədir. Bu sahədə işləyənlər tibbi bilik və bacarıqları ilə xəstələrin yaxşılaşdırılması və sağlamlıqlarını saxlamağa yardım edir.

Azərbaycan səhiyyəsinin günü-gündən inkişaf etməsi göz qabağındadır. Səhiyyənin və eləcə də bütünlükdə tibb ocaqlarının tərəqqi və inkişaf etməsi haqqında danışdıqda, ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncam və fərmanların nə qədər böyük əhəmiyyət daşıdığını görürürük. Bu sərəncam və fərmanlar nəticəsində dünya standartlarına cavab verən klinika və xəstəxanalrı, ambulator və poliklinikaları, qospital və tibb məntəqələrini göz önünə gətirmək kifayətdir.
Müdriklərdən bizə ərmağan qalan el məsəlində deyilir ki, Tanrı insana yaşlanmaq deyil, yaş almaq nəsib etsin. Ömrünü elmə sərf edən adam isə daimi yaşarılıq qazanır. Çünki əməli kamalı ilə dəyərləndirilən alim camala yox, kamala xidmət edir. Belə şərəfli həyat yolu keçənlərdən biri, yenə də təkrarən yazıram Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, doktor Elnur Rüstəmovdur.

Bu gün biz inamla deyə bilərik ki, ölkəmizdə onlarla, bəlkə də yüzlərlə savadlı, bacarıqlı, yüksək ixtisaslı həkimlərimiz vardır. Hətta, xarıcı dövlətlərdən belə müayinə olunmaq üçün Azərbaycana gələrək bizim həkimlərimizə müraciət edən yüzlərlə vətəndaşlar vardır. Yuxarıda qeyd etdiyim kimi yüksək ixtisaslı həkim və tibbi əməkdaşların çalışdığı bu tibb ocağında xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardır. Amma, elə həkimlərimiz də vardır ki, işini yüksək peşəkarlıqla yerinə yetirir, təkcə savadıyla deyil, peşəsinə ürək qoyur. Bu da Elnur həkim də sinxron olaraq mövcuddur.

Həyatının mənasını “Sabahlar insanlara bu günün hədiyyəsidir” hikməti ilə dəyərləndirən Elnur həkim üçün hər gün yazılan insan ömrünün səhifəsidir. Buna görə də gələcək həyatını müəyyənləşdirərkən də qismətin asan yolunu seçməyib. Babalarından eşitdiyi “Sağlamlığa bərabər dost, xəstəliyə bərabər düşmən yoxdur” hikmətinə inanaraq həyatın ən şirin neməti olan sağlamlıq keşikçisi olmağa, insanlara yamaşaq sevinci bəxş etməyə üstünlük verir. Bu seçimində yanılmayan həkim-psixoloq Elnur Rüstəmov həyata yaşama sevincini qaytardığı xəstələrinin sevincinə şərik olduğu günləri ömrünün xoşbəxt anları sayır.

Bu günədək həkim kimi fəaliyyət göstərən Elnur həkim ikiqat məsuliyyətlə çalışaraq ona göstərilən etimadı doğrultmaq naminə elmin ən son nailiyyətlərinin tətbiqini, öz üzərində çalışmağı da unutmur. “Bütün sağlam adamlar həyatı sevərlər” söyləyən Elnur həkim yaxşı bilir ki, xəstələrin qəlbini sevindirməyin, darda qalanların ehtiyacını ödəməyin ən yaxşı mükafatı həmin şəxsin sevincini birlikdə yaşamaqdır. Elə bu məqsəd naminə xəstələrinə xidmət göstərib: “İki şeyin qiyməti itirəndən sonra bilinir: cavanlığın və sağlamlığın” hikmətini dəfələrə sınaqdan çıxaran Elnur həkim bildirir ki, insanı həyata bağlayan da elə cavanlıq və hansı yaşda olmasından asılı olmayaraq ən qiymətli nemət sağlamlıqdır.

Ona görə də çoxşaxəli və geniş həkimlik fəaliyyətində də daha çox insana həyat bəxş etmək, xəstəliyə, yeri gələndə ölümə qalib gəlmək üçün biliyə, təcrübəyə əsaslanıb, səhiyyəni inkişaf etdirərək böyük nailiyyətlərə imza atmışdır. Zəhməti isə hədər getməyib.

Həkim kimi ölkəmizdə kadrların hazırlanmasında bilik və bacarığını əsirgəməyən həkim-psixoloq Elnur Rüstəmov deyir ki, həkimin evi xəstəxana, dövləti xəstələrin sağlamlığı, qazancı isə millətin məhəbbəti və ehtiramıdır: Biri yalnız həyat, digəri gözəl, şərəfli həyat bəxş edir. Bu baxımdan həkimlik daha çox çox diqqət tələb edən peşədir.

Araşdırmalarımız nəticəsində bildik ki, Elnur həkim dövlətini, xalqını sevən vətənpərvər ziyalıdır. 2020-ci ildə dünya şöhrətli Liderimiz, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları “Dəmir Yumruq” adı altında torpaqlarımızız azadlığı uğrunda əks-hücum əməliyyatı başlayandan Elnur həkim də haqq-ədalət savaşında öz həkimlik borcunu yerinə yetirərək ordumuza maddi-mənəvi dəstək göstərərək, bir həkim olaraq, bir vətəndaş olaraq da dövlətimizə öz mənəvi və maddi köməkliyini əsirgəməyib. İndinin özündə də Elnur həkim xəstəxanaya üz tutan şəhid ailələri, Qarabağ qaziləri və kimsəsiz imkansız ailələrə öz hümanistliyini göstərərək əlindən gələn köməliyi göstərir.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, doktor Elnur Rüstəmov – öz bilik və sacadı ilə yuzlərlə insanı həyata qaytarıb, xalq elçisi kimi ona üz tutanlara yardım edib, dərdlərinə şərik olub, sevinclərini bölüşüb. Elnur həkimə bundan sonra da uğurlar, cansağlığı arzulayırıq. Ona “Şəfalı əllər” qədər”, əsrə bərabər yaşam sevinci diləyirik.

 

Şahmar Zərdabi

Baş redaktor