ŞƏHİD RUHUNA BİGANƏLİK

409

ŞƏHİD RUHUNA BİGANƏLİK

2020-ci ilin sentyabr ayında Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında igid vətənpərvər oğullarımız şəhid olaraq Allahın uca məqamı sayılan şəhidlik zirvəsinə ucaldılar. Cənab Prezident dəfələrlə çıxışlarında vurğulamışdır ki, şəhid ailələrinə, vətən müharibəsi əlillərinə diqqət və qayğı göstərilməlidir.

Redaksiyamıza Tovuz rayonu Çeşməli kənd sakini, şəhid Səddam Rafiq oğlu Hüseynovun atasından şikayət məktubu daxil olub. Şikayətdə bildirilir ki, sentyabr ayın 1-də şəhidimizə mövludunu və xatirə abidəsinin açılışını keçirtmək istəyən atasına və yaxınlarına 31 avqust tarixində Tovuz Rayon İcra Hakimiyyətinin başçısının 1-ci müavini  Rəşad Zeynalov və Çeşməli kənd icra nümayəndəsi Asif Musayev, və şikayətdə qeyd olunan Etibar Fərzəliyev bildirib ki, tədbir keçirtməyin, əks halda balalarımızın çörəyini kəsəcəklər.

Şəhid atası torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidimizin ruhuna biganə yanaşdıqları üçün məcburiyyət qarşısında qalıb cənab Prezidentə bizim redaksiyamız vasitəsi ilə müraciət etmək qərarına gəlib.

Araşdırmalarımız davam edir. Kənddə daha hansı neqativ hallar baş verdiyini, dövlətə xəyanət edən dövlət məmurlarından sizi məlumatlandıracağıq.

 

Şahmar Zərdabi

Təsisçi-baş redaktor