Masazır zibillik içində batır? Sakinlər günahkarı bələdiyyə sədri Azər Quliyevi görürlər. – FAKT/ARAŞDIRMA

480

Masazır zibillik içində batır? Sakinlər günahkarı bələdiyyə sədri Azər Quliyevi görürlər. – FAKT/ARAŞDIRMA

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan sakinlər ərazidəki vəziyyətdən şikayətçidirlər. Belə ki, sözügedən ərazidə zibillərin vaxtında yığılmaması xoşagəlməz mənzərə yaradıb.

“Beynelxalqinformasiyaagentliyi.az”ın əməkdaşı həmin ərazidə olub, sakinlərin şikayətini dinləyib.

Sakinlər acınacaqlı durum qarşısında əlacsız qalaraq zibilləri zibil yeşiyi dolduğuna görə tullamağa belə üzləri gəlmir, bilmirlər zibilləri hara boşaltsınlar. Zibillərin toplanması üçün Masazır bələdiyyəsinə pul ödədiklərini bildirən sakinlər tullantı qablarının arasındakı məsafənin uzun olduğunu söyləyirlər. Masazır bələdiyyəsinin sədri Azər Quliyev baxmayaraq ki, hər gün bu acınacaqlı mənzərələrin qabağından keçir, lakin buna heç bir əhəmiyyət vermir və yaxud da Abşeron Rayon İcra Hakimiyyətinin göstərişlərinə əməl etmir. Görəsən Azər Quliyev kimə və nəyə arxayındır ki, Masazır qəsəbəsini bu vəziyyətə salıb.

Sakinlər bələdiyyə rəsmilərinə müraciət etdikdə isə, əməkdaşları maşınlarının tekniki baxımdan nasaz olduqları üçün zibillərin daşınması məsələsində çətinlik törətdiyini deyir. Bu da onunla əlaqədardır ki, biz yerli özünüidarəetmə orqanıyıq. Özümüz özümüzü maliyyələşdiririk. O ki, qaldı zibil daşınması məsələsinə, bizim ərazidə 6-a yaxın zibil daşıyan maşınımız var. Zibillər gündəlik saat 07:30-dan 18:00-a qədər toplanılır. Problem vətəndaşların xidmət haqlarını vaxtında ödəməməsidir. Əgər xidmət haqları vaxtında yığılarsa, texnikamıza mütəmadi baxış keçirərik. O zaman da bu cür problemlər yaranmaz”.

Bir sözlə Masazır qəsəbəsinə üfünət iyindən girmək belə olmur. Masazır qəsəbəsinin sakinləri bu məslədə bələdiyyə sədri Azər Quliyevi ittiham edirlər. O bir neçə müddətdir ki, sədr kimi fəaliyyətə başlayıb. Azər Quliyevdən əvvəl isə bələdiyyə sədri Rüfət Fətullayev idi.

İddialara görə, Rüfət Fətullayevin Azər Quliyevlə əvəzlənməsi Abdin Fərzəliyevin təşəbbüsüdür. Onun keçmiş bələdiyyə sədri ilə hansı probleminin olduğu bəlli deyil. Məlum olan odur ki, Abdin Fərzəliyev Rüfət Fətullayevlə işləmək istəməyib və onu özünə yaxın olan Azər Quliyevlə əvəzlənməsini həyata keçirib. Görünür Azər Quliyev də etimadı düzgün doğrultmur.

Araşdırmalarımız davam edir.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Əziz oxucular Masazır bələdiyyəsinin sədri Azər Quliyev haqqında daha şok faktlarla sizi tanış edəcəyik.

 Beynəlxalqinformasiyaagentliyi.az