Səmədov Avropa çempionu oldu

611

BİA.az Azərbaycan sumoçusu Çingiz Səmədov Estoniyanın paytaxtı Tallində keçirilən sumo üzrə XXIII Avropa çempionatında qızıl medal qazanıb.

 Səmədov yarışda 100 kiloqram çəki dərəcəsində mübarizə aparıb.

İlk görüşdə Polşa idmançısını məğlub edən Səmədov dörddəbir finalda Rusiya təmsilçisini üstələyib. Sumoçumuz yarımfinalda gürcüstanlı idmançını məğlub edərək finala vəsiqə qazanıb. Səmədov finalda daha bir polşalı rəqibini məğlub edərək Avropa çempionu tituluna sahib olub.