Sosial şəbəkələrdə problem yarandı

501

BİA.az “Facebook”a məxsus sosial şəbəkələrdə, o cümlədən “Instagram”, “Whatsapp” və “Messenger” proqramlarının işində problem yaranıb.

Bu barədə sosial şəbəkələrin və veb səhifələrin işini müşahidə edən “DownDetector.com” məlumat yayıb.

Sosial şəbəkə istifadəçiləri xüsusən xəbər lentində, yazışmalarda problemlərin olmasından şikayət edirlər.

Problemlər Azərbaycanla yanaşı, ABŞ, Yunanıstan, Britaniya, İspaniya və digər ölkələrdə müşahidə olunur.