Gecə klubunda atışma olub: Ölən və yaralılar var

567

BİA.az Avstraliyanın Melburn şəhərində yerləşən gecə klublarından birində silahlı insident baş verib.

Naməlum şəxs silahla kluba daxil olaraq, oradakı insanlara atəş açmağa başlayıb.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılardan biri xəstəxanada dünyasını dəyişib. Cinayəti törədən şəxs hadisə yerindən uzaqlaşıb. Hazırda onun axtarışları davam etdirilir.