“Liverpul”un sabiq üzvü vəfat etdi

597

BİA.az “Liverpul”un sabiq futbolçusu Tommi Smit vəfat edib.

Bu barədə İngiltərə təmsilçisinin rəsmi saytı məlumat yayıb. Smit 75 yaşında dünyasını dəyişib.

1962-1978-ci illər aralığında “Liverpul”da forma geyinən Smit, Mersisayd təmsilçisiylə 638 oyuna çıxıb. Keçmiş müdafiəçi “Liverpul”la 4 dəfə İngiltərə çempionu olub.