Zaqatalada minik avtomobili ağaca çırpıldı

351

 

BİA.az Zaqatalada yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Muğanlı kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.