Hacıqabulda iki maşın toqquşdu – Xəsarət alanlar var

563

 

BİA.az Hacıqabul rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gecə Bakı-Qazax magistralının Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində Bərdə rayon sakinləri – 1987-ci il təvəllüdlü Mustafayev Tural Oqtay oğlu, 1987-ci il təvəllüdlü Tanrıverdi Elxan Talıboğlu və 1992-ciil təvəllüdlü Yevlax rayon sakini Mirzəyev Aslan Mətləb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.