Qadın güləşçimiz Avropa çempionatında finala yüksəldi

605

Qadın güləşçimiz Avropa çempionatında finala yüksəldi

BİA.az Azərbaycanın qadın güləşçisi Elis Manolova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.

65 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda Finlandiya təmsilçisi Petra Ollini məğlub edib.

Qeyd edək ki, Elis Manolova finalda rumıniyalı Krista İnçe ilə qarşılaşacaq.