İLHAM ƏLİYEV: Zəfər və qəhrəmanlıq simvolu

314

İLHAM ƏLİYEV: Zəfər və qəhrəmanlıq simvolu

İşğaldan azad olunmuş torpaqlarda icra olunan ilk layihə Füzuli-Şuşa avtomobil yolunun salınması oldu. Bu həm də Qarabağa həyatın qaytarılmasının rəmzidir. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu böyük quruculuq işlərinin ilk qaranquşudur. Əminik ki, bundan sonra da üst-üstə bir çox layihələr icra olunacaq və Qarabağımız cənnət məkana çevriləcək.

Qarabağımızın işğaldan azad olunması və Ermənistanın sülhə məcbur edilməsi birbaşa Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Ordumuzun rəşadəti sayəsindədir. Qalib Azərbaycan Ordusu Qələbə səlnaməsi yazdı. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kəndi azad etdi. Beləliklə, düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Azərbaycanlı şanlı qələbəsi həm də təzyiqlərə rəğmən qazanılmış Qələbədir. 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı.

Bugün isə artıq faşistlər, terrorçular, Azərbaycan xalqının cəlladları öz haqlı cəzalarını yaşayırlar. Azərbaycan ordusu Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdi. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib. Azərbaycan Köçəryan-Sarkisyan ordusunu da məhv etdi. Güc və həmrəylik rəmzi olan dəmir yumruq onların başına endi. Azərbaycan xalqı tarixi ədaləti güc, birlik, igidlər və şəhidlər hesabına bərpa etdi. Dövlət başçımızın bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həmdə milli qürur məsələsidir.

Beləliklə, Prezident İlham Əliyevin işğaldan azad edilmiş Qarabağa bu ilk səfəri gələcəyə baxışımızın ifadəsi, Böyük Qayıdışın təntənəsi oldu. Müzəffər Ali Baş Komandan Xudafərin körpüsündə hansı bayrağın dalğalanmalı olduğunu nümayiş etdirdi. İşğalçını diz çökdürən Qalib Prezident müqəddəs üçrəngli, ay-ulduzlu bayrağımız önündə diz çökdü, öpüb gözləri üstünə qoyaraq göylərə ucaltdı – Bir kərə yüksələn bayraq bir daha enməz! Qarabağ Azərbaycandır!

Bəli, bu gün qazanılan qələbələr Azərbaycan Prezidentin, Ali Baş Komandan İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, Güclü Ordumuzun, rəşadətli əsgərlərimizin və xalqın birliyinin məntiqi nəticəsidir. Azərbaycan xalqının bütün istək və arzularını reallaşdıran, qürur və iftixar mənbəyimiz, Müzəffər Ali Baş Komandanımız Sizi şanlı qələbəmiz və doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, Azərbaycan xalqının daha da firavan yaşaması naminə ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayırıq. Uca Tanrı Sizi qorusun!

Manaf Manafov

Nərimanov rayon MKTB-nin rəisi