İLHAM ƏLİYEV – MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN

755

İLHAM ƏLİYEV – MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN

Müstəqil Demokratik Azərbaycan Respublikasının banisi Ümummilli Liderimiz, Dahi Şəxsiyyət Heydər Əliyevin şah əsəri olan Yeni Azərbaycan Respublikasının Prezidenti, iki əsrin Sərkərdəsi, Ali Baş Komandan İlham Əliyev cənabları dünya liderləri içərisində diplomatik və siyasi fəaliyyəti ilə Azərbaycanın haqq səsini bütün dünyaya bəyan etdi. Ali Baş Komandanın əmri ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük ədalət savaşından üzü ağ çıxaraq Qarabağımızı işğaldan azad edərək Qələbəmizi Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. 30 ilə yaxın həsrətə son qoyaraq Azərbaycan xalqına əvəzolunmaz sevinc yaşadan Ali Baş Komandanımız Cənab İlham  Əliyev həmdə şanlı bir tarix yazdı. Qəsri-Qala Şuşada yanan “Qələbə Tonqalı” bütün Azərbaycan xalqının uğuru, qalibiyyəti və zəfəri idi.

Cənab Prezident biz Azərbaycan xalqı Sizinlə fəxr edirik.

Azərbaycan  həm Qarabağı işğaldan azad etdi, həm də Qarabağa getdi, Qarabağa qayıtdı, Qarabağa sahibləndi. Bir daha onun olduğunu və bir daha bundan sonra kimsənin ona sahibindən başqa sahiblənə, yiyələnə bilməyəcəyini göstərdi. Gedişin, qayıdışın, dirçəlişin mübarək, Cəbrayılım, Füzulim, Xudafərinim, Qarabağım, 86,6 min kvadrat kilometrlik Azərbaycanım! Gözün aydın Qarabağ, gözün aydın, Vətən! Bu günləri də gördün, bu günləri də gördük, bu günləri də yaşadıq, bu günləri də yaşatdılar…

Bunu bizə yaşadanlar – Ali Baş Komandan və onun şanlı, rəşadətli Ordusu var olsun, min yaşasınlar! 44 günlük tarixi İkinci Vətən müharibəsinin, həmin günlərdə ard-arda qazandığımız qələbələrin, 8 noyabr Şuşa zəfərinin, 10 noyabr möhtəşəmliyinin dünən davamı – növbəti əzəməti, qüruru yaşandı. 30 il öncə o torpaqlardan necə çıxmışdıq, nə müsibətlər, nə bəlalar yaşamışdıq…  Azərbaycan qalib kimi qayıtdı Qarabağına, Füzulisinə, Cəbrayılına, Xudafərininə! Vəsf etmək üçün sözlər, kəlmələr belə yetmir. Vətəndaşlarımıza, bütün dünya azərbaycanlılarına tarixi Qələbə hissi yaşadan Prezident İlham Əliyevə vətəndaş öz sevgisini səmimi şəkildə nümayiş etdirdi. Bu, Müzəffər Ali Baş Komandanın tarixi Qələbədən sonra bölgələrə ilk səfəri idi. Dövlətimizin başçısının Qələbədən sonra Bakıda getdiyi ilk ünvan yaralı hərbçilərimizin müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəz oldu. Bu, Azərbaycan xalqına neçə-neçə ilklər yaşatmış Liderin xalq və Vətən sevgisinin göstəricisidir. Beləliklə, Prezident sevincini öz əsgəri və öz xalqı ilə bölüşdü. Məhz xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev hər zaman ümumxalq məhəbbəti ilə əhatə olunub.  Prezident İlham Əliyevin Füzuli və Cəbrayıla səfəri Böyük Qələbəmizin nidasıdır. “Qarabağ Azərbaycandır və nida” bəyanatı səsləndirildiyi vaxtdan milli şüara çevrildi, dillər əzbəri oldu, nəhayət, hökmə çevrildi, Azərbaycanın “dəmir” yumruğu ilə təsdiq və təsbit olundu.

Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd azad edildi, bütövlükdə 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı.  44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə həmişə qeyd edəcək.

 

Müqəddəs bayramımız olan “Novruz” bayramı barlı-bərəkətli torpağımıza qədəm qoyur. Bayram münasibəti ilə ölkə başçısı, cənab Prezident İlham Əliyevi və bütün Azərbaycan xalıqını ən xoş və ülvi arzularla təbrik edir, ruzi-bərəkət, sülh və əmin-amanlıq arzu edirəm. Ali Baş Komandanımızın əmri və göstərişi ilə Yeni Azərbaycan ideyalarına söykənərək möhkəm dayaqlar üzərində qərar tutaraq çalışmaqdan qürurlanır və fərəh hissi duyuruq.

Bayramınız mübarək!

 

Hüseyn Şahmalıyev

Mərkəzi Neftçilər Xəstəxanası Baş direktorun müalicə işləri üzrə müavini

Tibb üzrə fəlsəfə doktoru