ŞƏRƏFLİ PEŞƏ SAHİBİ

676

ŞƏRƏFLİ PEŞƏ SAHİBİ

Aqil insanlar haqqında hələ qədim dövrlərdən belə bir fikir formalaşmış və bu günə kimi gəlib çıxmışdır.
Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xəyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan vərilməməlidir.
Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistəmimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmaq, çıxış yollarının aramasını vacib sayırlar, bələləri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Təəssüflə qeyd etməliyik ki, günümüzdə bələ mənəvilər haqqında düşünənlər barmaqla sayılacaq saydadırlar. Sanki Azərbaycan adlı cəmiyyət bütünlüklə deqradasiyaya uğrayıb. Rəallıqda baş vərənlər insanı düşündürməyə, düşündükcə daha dərinlərə varmağa sürükləyir. Nədir bu dərinlik? Bu dərinlik var olduğu zamanlardan böyük, eyni zamanda şərəfli tarix yaratmış bir xalqın az qala bütünlüklə cılızlaşmağa doğru üz tutmasıdır. Bu sual insanı qəlbən ağrıdır. Çəkilən bu ağrı insanda sanki dərdinə dərman bula bilməyən bir xərçəng xəstəsinin həyata baxışlarını əks etdirir. Bu uca millətə nə oldu? Başına döndüyüm qartal babalardan niyə, nədən sərçə nəvələr törədi? Nədən bizlər üçün ömrünü şam kimi əridənlərin qədrini bilmirik. Axı, represiya illərindən az qala bir əsr kəçib. Niyə bizim cəmiyyət hələ də o illərdə ilişib qalıb? Həmin illərdə bizlər öz ziyalılarımıza qənim kəsildik. Kimlərə şər atmadlq? Hüseyn Cavid, Əhməd Cavad, Şərqdə ilk dəmokratik cumhuriyyətin qurucularının daha kimlərin? Sonda tarix bizlərə anlardı ki, böyük rəzalətə imza atmışıq. Atdığımız bu addımlar bizləri xoşbəxt gələcəyə dəyil, bataqlığın lap dərinliklərinə itələyib. Hazırki günümüzdə də bizlər bu rəzil işlərdən əl çəkmək istəmirik. Təəssüflə qeyd ediləsi hal budur ki, savadsız, elmi olmayanlarla bir cəbhədə çiyin-çiyinə vuruşan media nümayəndələrini görəndə, adam yaşadığı həyatdan çirkinir. Yəni onlarla birlikdə həyatda nəfəs alır, yaşayır. Yəni o da bu həyatda yaşayır, biz də.
Mətbuat bütün dövrlərdə cəmiyyətin güzgüsü rolunu oynayıb. Mətbuat başqalarının görmədiyi görüntüləri ortaya çıxarmaqla, əslində cəmiyyətdə əmin amanlıq balansı yaratmalıdır. Vay o, günə ki, mətbuat kimlərinsə əlində, kimlərəsə qarşı dəyənək rolunu oynamaya başladı. Həmin anda mətbuat artıq obyektivliyini itirmiş, cəmiyyətdə yalnız qana zəhər ifrazedən zob funksiyasını yərinə yətirən kimi görsənir. Bələ hərəkətlər cəmiyyətin gözü olan mətbuatı urvatsızlaşdırır, onu dəyərdən salır. Axı bəzi KİV nümayəndələri nədən halal yolla əldə edilən vara yox, kimlərinsə kabinetlərinə dəvət edilərək orada aldıqları zakazları yerinə yetirirlər. Nədən fikirləşmirlər ki, onlar KİV nümayəndəsi üçün ümdə olan ədalət prinsipini pozurlar. Özlərinin şəxs mənafeyini düşünərək, qərəzli yazılar dərc edirlər. Bəziləri də dərc etdiyi yazını belə özü yaza bilmir, kimlərsə yazdırır. Eybi yox, mirzələrə yazdırın, amma heç olmasa Azərbaycan şivəsi ilə yox, bir az elmi dildə, bir az da ədalətli yazsalar daha sevindirici olar. Tarixdə düşməninə də məhz ədələtli davranışlarına, görə ədalətli mühakiməsinə görə düşməni müsbət qiymət vərib. Hesab etmirik ki, KİV nümayəndələri bu tarixi örnəklərdən xəbərsizdirlər. Yaxşı olmazdımı ki, həmin “kolleqa”larımız daha yaradıcı olsunlar. Məsələn, cəmiyyətdə həç kimin görə bilmədiklərini görüb ictimailəşdirsinlər. Onda indikindən daha cazibədar və daha sanballı görünər, cəmiyyətdə hamı tərəfindən səvilərək qəbul edilərlər.
Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir əzizlərim. Heç bilirsiniz kimə şər atırsınız? Həmin şər atdığınız adam millətimizin yetişdirdiyi bir ziyalıdır. Şər atdığınız adam sıradan bir şəxs deyil, respublikanın mühüm xəstəxanasında rəhbərlik edir. O. xalqla bir yerdə olmağı bacaran bir səhiyyə işçisidir. İnsanların sağlamlığının keşiyində duran həkimdir. Bəli, o, əsl Vətəndaşdır. Onun qəlbi var. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, axirətdə Allahın qarşısında verə biləcəyi imtahanı düşünən adamdır.
Dostlarımız olan KİV nümayəndələrinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kim nə məqsədə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın bu davranışlar paytaxt ictimaiyyəti tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, “Mərkəzi Neftçilər Xəstəxanası”nın direktoru Musa Abbasov çoxsaylı kollektiv üzvləri tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o bu vəzifəyə təsadüfi göndərilməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan verərsiniz ənənəvi hal alar. Amandı gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.
“Mərkəzi Neftçilər Xəstəxanası”nın direktoru Musa Abbasov  bütün ölkədə belə xarakterizə olunur
… Yeganə rəhbər və həkimdir ki, bu vəzifəyə gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…
… Yeganə insandır ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.
… Yeganə vətəndaşdır ki, ona qarşı ən qərəzli media orqanı belə villalarının, bahalı avtomobillərinin, obyektlərinin şəkillərini dərc etməyib və etməyəcək də…

 

Şahmar Zərdabi

Təsisçi-Baş redaktor